Əbülfət Mədətoğlu: Bircə SƏN
Tilsimlidi ürəyimin qapısı,
"Sim-sim"-ini bilən isə, bircə sən!
Bir yanadı gözəllərin hamısı -
Mənim üçün yaranışdan bircəsən!
Gözüm gözə görən kimi bənd olub,
Adın, sözün damağımda qənd olub!
Sənin yerin nə şəhər, nə kənd olub -
Ürəyimdi, varsan orda bircə SƏN!
Sənsizliyim yoxdu, olsa anım İL
"Sənsizliyi" yaddaşından tamam sil!
Əyil bir az, qulağına deyim , bil -
Sən MƏHƏBBƏT İLAHƏSİ - bircəsən!
Bu gecəmin şahididi Ulduz, Ay
Gizlətmirəm, mən sirrimi açdım tay!
Sən Tanrıdan Əbülfətə düşən pay -
Ona görə , bir dənəsən - bircəsən!
Digər Xəbərlər
08 May 2026 11:46
Elmi poeziya idrak forması kimi - Əli Şirin Şükürlü yazır
08 May 2026 11:01
Min ölüm haqqında bir povest - “Labirint” - Esmira İsmayılova yazır
07 May 2026 14:39
“Ədəbiyyat adamı- 2026” sahiblərinə təqdim olundu
07 May 2026 10:16


Bakı -°C

