Əbülfət Mədətoğlu: GETMİSƏN...
Son günlər həyatımda baş verən köçlə bağlı xeyli narahatlıq keçirsəm də illərin o biri üzündə -bir az gözdən uzaq qalmış ilk şeirlərimin yuvası olan qovluqları da təzə yurda daşıdım... Və həm qovluqlardan birini açdım...qarşıma bu şeir çıxdı... İstədim sizə təqdim edim.
GETMİSƏN...
Bu dünyanı birsifətli bilirdin,
Yüz sifətdir bax, qor olub , getmisən...
Dodağından bal damırdı, silirdin -
İndi isə bax, şor olub,getmisən!..
Tumurcuğun çiçək halın görmədən,
Barmaqların qız saçını hörmədən...
Qəlb qocaldan səhər adlı "türmədən" -
Xəşəmlənmiş yarpaq olub getmisən...
Yaşamağa, yaşatmağa gələnlər-
Çox görürəm yarınaraq gülənlər!
Bir də onda biləcək ki, bilənlər -
Bircə xışma torpaq olub getmisən!..
Sellə dolub baxışların dinəndə,
Həmənkisən sən bu gün də, dünən də!
Həsrət elə turp əkib ki, sinəndə -
Ay Əbülfət, qorxaq olub getmisən!..
15 avqust 1977- ci il
Bakı, qəbul imtahanı vaxtı
Digər Xəbərlər
14 Noyabr 2026 11:40
“İnsan qorxunu bu gizli həyatıyla aşır və yaradıcılığın...”
13 Noyabr 2026 16:53
"Xarici turistlər deyirlər ki, lülə kabab dadlıdır, şəkərbura ondan da dadlıdır" - Anar
13 Noyabr 2026 12:23
BÖYÜK ÇÖLÜN SÖZ SALNAMƏSİ
11 Noyabr 2026 13:01


Bakı -°C

