Əbülfət Mədətoğlu: OVQAT ŞEİRİ
Gecənin -
Ay gizlənən vaxtıdı...
Səhərin -
Dan sökülən....
Küçənin -
Güzgülənən vaxtıdı,
Şəhərin -
Yarpaq tökülən...
Yolların -
Duman dərən vaxtıdı...
Qolların -
Üstünə hörük sərən!...
Dağların -
Çiçək sərən vaxtıdı,
Bağların -
Bar üçün körüklənən!..
Ürəyin -
İndi üzgün vaxtıdı...
Ruhun İsə
həyatdan küsgün...
Bəndənin
Halını görə - görə ,Allahım
Sən uzaq durub susdun...
Özümü -
Kiməsə kölgə etmirəm...
Sözümü -
Hansısa sözə yamaq ...
Asilik də etmirəm-
Elə belədə qalaq-
DƏRGAHINDA!..
Digər Xəbərlər
18 Fevral 2026 17:45
Nəriman Həsənzadə “Heydər Əliyev” ordeni ilə təltif edildi
18 Fevral 2026 17:38
Prezident və xanımı Nəriman Həsənzadəni təbrik ediblər
18 Fevral 2026 14:33
Anar Ələkbərov Nəriman Həsənzadəni evində ziyarət etdi - FOTO
18 Fevral 2026 13:31


Bakı -°C

