Əbülfət Mədətoğlu: Sevəcəm səni...
Məni özüm qədər tanıyan tək sən,
Xəyalda, yuxuda, dünyada təksən!
Nə qədər özünü kənara çəksən -
Qədərdən, daha çox sevəcəm, səni!..
Gileyli dursa da daşım , daş üstə,
Hər an söyləyəcək sən "Baş üstə"!
Hətta doğrayanda yaşı yaş üstə -
Qədərdən daha çox sevəcəm, səni!
Səmtin ha dəyişsin bu meh, ya külək
Görəcək işini "iynəgöz" ələk...
Səssiz xəncərini çəkəndə fələk -
Betərdən də betər sevəcəm, Səni!
Ömrümə Haqq yazan Səfa deyərək,
Adına Su, həm də Hava deyərək ...
Sevgimi yaşadan VƏFA!- deyərək -
Sevdiyim qədər də, Sevəcəm SƏNİ!
Digər Xəbərlər
14 Noyabr 2026 11:40
“İnsan qorxunu bu gizli həyatıyla aşır və yaradıcılığın...”
13 Noyabr 2026 16:53
"Xarici turistlər deyirlər ki, lülə kabab dadlıdır, şəkərbura ondan da dadlıdır" - Anar
13 Noyabr 2026 12:23
BÖYÜK ÇÖLÜN SÖZ SALNAMƏSİ
11 Noyabr 2026 13:01


Bakı -°C

