Əbülfət Mədətoğlu: Xatırladar
Söykəndiyim qaya qopub, daş qopub
Nəriltisi yeri, göyü titrədir...
Kipriyimin ucunacan yaş hopub -
Anlamıram, heç bu necə fitrədir?!.
Bu gördüyüm bəd üzüdü həyatın
Kimsə boğur sanki məni tək əllə...
" Baxıb gedər" pıçıldayan bayatım -
Sən dilimdə qırıq-qırıq kəkəllə...
Sanki gəzir ruhum indi hər yanı,
Xəyalımda körpülüdü dağ, aran...
Çəkib gecə gözlərimə al-qanı -
Ya bəlkə də , dan yeridi ağaran!..
Acısın da sıxıb içdim günlərin
Bir çiçəyin, bir gözəlin adına...
Arasında dolaşanda güllərin
Bir kəpənək salar məni yadına...
Digər Xəbərlər
14 Noyabr 2026 11:40
“İnsan qorxunu bu gizli həyatıyla aşır və yaradıcılığın...”
13 Noyabr 2026 16:53
"Xarici turistlər deyirlər ki, lülə kabab dadlıdır, şəkərbura ondan da dadlıdır" - Anar
13 Noyabr 2026 12:23
BÖYÜK ÇÖLÜN SÖZ SALNAMƏSİ
11 Noyabr 2026 13:01


Bakı -°C

