Əbülfət Mədətoğlundan ADSIZ ŞEİR
***
Şəhərin
Dənizlə öpüşən yerində
"Azneft" dairəsində...
Böyük
Məmməd Arazın
Dünyalar sığışan
Hücrəsində
Bir küncdə
Yer tapıldı
Mənə də ...
...Şəhərin bu nöqtəsində
Məmməd Araz ruhunun
İstisində
Bilmirəm nədənsə
Hələ də
Bir "Şikəstə" keçir
Könlümdən,
Şikəstə!..
Mən aşiq gözümdə nəm
Səsimdə, sözümdə nəm...
Hamı eyni ovqat da -
Mən isə özümnənəm...
Şəhərin dənizlə öpüşən yerində-
Yəni, sizə nişan verdiyim
Ən kövrək
Xatirələr mərkəzində -
Bir tumurcuq büzüşüb -
Ürəyimdə -
Özü də lap dərində!
Digər Xəbərlər
03 Fevral 2026 11:20
Kövşən iyi və ya kənd yaddaşının poetikasına baxış
02 Fevral 2026 14:50
Mənzilimi alan adam qonşumla qohum oldu – Vasif ƏLİHÜSEYN yazır...
02 Fevral 2026 13:17
Alpay Azərin "Taxma kirpiklər" hekayəsində maddi və ruhani dəyərlər arasındakı ziddiyyət
02 Fevral 2026 10:02


Bakı -°C

