Ədalət Muradov - 60
UNEC rektoru professor Ədalət Muradovu 60 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, möhkəm can sağlığı arzulayıram. Ədalət Muradov rektor təyin olunduğu gündən etibarən qarşısına dünya səviyyəli universitet yaratmaq missiyasını qoydu və bunu həyata keçirməyə nail oldu. O, bunu əsl alim, əsl təşkilatçı, əsl vətənpərvər şəxsiyyət kimi bacardı. Universitetin klassik missiyası budur: "mədəniyyəti nəql etməli, zəruri bilikləri verməli, elmi tədqiqatlar aparmalı və tədqiqatçılar hazırlamalıdır." Ədalət Muradov bura innovativ düşüncə tərzini formalaşdırmağı da əlavə etdi. Və təkrar edirəm, Dünya səviyyəli Universitet qura bildi. XXI Əsrin Universitetinin qarşısına qoyulan tələblər sinergetik xarakter daşıyır. Biz universitetlərin təhsil missiyasını həmişə önə çəkməyə çalışmışıq. “Təhsildən-elmə” paradiqması çərçivəsində verilən biliklərin keyfiyyəti ilə Universitetlərdə elmi tədqiqatların kəmiyyət və keyfiyyəti bir-birilərini tamamlamalıdır. UNEC nümunəsi ortadadır. Yaşadığımız əsrdə Universitetlərin üzərinə insan kapitalının inkişafı kimi mühüm vəzifə düşür. UNEC tədqiqat portfoliosu ilə "tədqiqat universitet"i statusunu qazanmaq üçün əzmlə çalışır. Bütün bu işlərin ardıcıllıqla və rasional şəkildə həyata keçirilməsi yüksək intellekt, güclü komanda, çevik struktur islahatları, müasir kitabxana, keyfiyyətli təhsil və elm mühiti tələb edir.
Professor Ədalət Muradov qısa zaman kəsiyində Yeni universitet modeli ilə cəmiyyətdə böyük rəğbət qazana bildi. Və fürsətdən istifadə edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıram.
Etibar Əliyev
Digər Xəbərlər
31 Mart 2026 17:40
Dəmiryol vağzallarında elektron siqaretlərdən istifadə edənlər cərimələnəcək
31 Mart 2026 17:35
Sabahdan balıq ovu qadağan edilir
31 Mart 2026 14:51
Bayram günlərində 200 000-dən çox sərnişin daşınıb
31 Mart 2026 11:53
Əmək müqaviləsi olanların 55 faizi Bakıda işləyir
31 Mart 2026 11:03
Qəbir yerləri sakinlərə pulla satılır? - İDDİA
31 Mart 2026 09:51
Bəzi dağlıq ərazilərə qar yağır - FAKTİKİ HAVA
30 Mart 2026 13:16
Güclü yağışdan sonra paytaxtda genişmiqyaslı daxili iməcilik keçirildi - FOTOLAR
28 Mart 2026 23:56


Bakı -°C

