15 Avqust 2025 10:37
163
ƏDƏBİYYAT

EDƏMƏM TƏRK, FÜZULİ.... - Polkovnik Mirqiyas Seyidsoylu

" VƏTƏNƏ YOL ƏSGƏRDƏN KEÇİR. "

                 Yazılar silsiləsindən...

Döyüş nizamnaməsinin tələblərinə görə,  Ölkəmizin ərazi bütövlüyünün qorunmasında, fiziki və əqli cəhətdən sağlam olan hər bir kişi vətəndaşa  on metəyə qədər torpaq payı düşür. Onu qorumaq hər birimizin vətəndaşlıq və mənəvi borcumuzdur....

 

     EDƏMƏM TƏRK, FÜZULİ....

          ( Allah, sənə rəhmət eləsin, böyük Məhəmməd Füzuli. )

 

        FÜZULİ şəhərində, qızmar yay günlərindən biri idi. Ancaq, hərdən şimalda  Böyük Kirs, cənub qərbdə Ərgünəş dağlarından əsən  xəfif külək  havada  şirin sərinlik yaradırdı. Camaat bir ucu Bazar yolundan,  İman bağı tərəfdən, Rüstəm Əliyev küçəsindən, Hacı Ələkbər məsçidinin yoxuşundan, Xanlar küçəsindən, poloklinkanın dikindən, Şəlalə restoranının qarşı tərəfindən dəstə - dəstə  şəhərin mərkəzinə doğru  axışırdılar. Böyüklü kiçikli hamının üzündə şirin təbəssüm görünürdü. Adətən belə anlarda  heç nədə olmasa insanlar biri - birini görməyə,  söhbətləşməyə tələsərdilər. Rayonumuzun sadə əmək və zəhmət adamları, ziyalılar, ictimai fəallar,  ölkədə böyük nüfuz sahibi olan rayon ağsaqqalları, Sosialist Əməyi Qəhrəmanı İmaş Məmmədov, Səyyad Hüseynov,  Maarif şöbəsinin müdiri Hüseyn Hüseynov, Mərkəzi xəstaxananın baş həkimi, doktor İsa İsayev,  doktor Mütəllim Qaraşov, Tiflis Ağayev və onlarla mötəbər ağsaqqallar  öz ağayana davranışları ilə bir nümunə idilər. Rayonda  iki  yüz nəfərdən çox ali təhsilli həkimlər ordusu fəaliyyət göstərirdi. Hansı ki, həmin həkimlər məlum döyüşlər zamanı minlərlə yaralı döyüşçülərə həyat bəxş etdilər. Hər il ölkənin təhsil sahəsində qabaqcıl kimi keçici qırmızı bayraq alan rayon müəllimləri və pedoqoji heyət, bütün bunlar bu bölgənin  sürətli inkişafda olduğundan xəbər verirdi.

Bu gün, demək olar ki, hamı, rayon  partiya  Komitəsinin Birinci  katibi Əhməd Əhmədzadə, ikinci katib Tahir Quliyev, İcrayyə komitəsinin Sədri Əbdül Sultanov da, olmaqla,  bütün rəhbər heyətinin  hamısı burada idi.   Mədəniyyət Sarayının qarşısında, şəhərin mərkəzi meydanında, müxtəlif çeşidli, xoş rayihəli qızıl gül kollarının əhatəsində iki iri qoşqunu birləşdirərək  böyük meydan səhnəsi yaratmışdılar. Quraşdırılmış bu meydan səhnəsi hündürdə olduğundan  hər tərəfdən baxanda  açıq - aydın görünürdü. Burada Füzuli poeziya - muğam mərkəzinin və Rayon Mədəniyyət sarayının yaradıcı kollektivlərinin  iştrakilə  dahi şairimiz Məhəmməd Füzulinin anadan olmasının 490 illiyinə həsr olunmuş təntənəli yubiley tədbiri keçirilirdi. Daha əvvəllərdən Füzuli tamaşaçılarının belə bir adətləri vardı. Belə ki, konsert tədbirlləri, teatr tamaşaları və kino - filmlərə qarşı olduqca tələbkar mövqedən yanaşar və hər şeyi asanlıqla bəyənməzdilər. Çünki, keçmiş zamanlardan Füzulidə zəngin ədəbi - bədii yaradıcı mühit formalaşmışdır. Bu səbəbdən  yerli cammat  hər şeyə diqqətli və olduqca tələbkar yanaşardılar. Bir sözlə hər şeyi dərindən çeşidləmədən asanlıqla bəyənməzlər. Birdə Füzulilərin bir xüsusiyyəti var. Füzulilər harda olsalar deyirlər ki; " Mən burada birinci olmalıyam. Əgərr, birici deyiləmsə, mən, orada yoxam. Ya birinciyəm, əks halda mən, yoxam. "  Deyə bilmərəm bu necə bir xüsusiyyətdir . Ancaq hər halda yerli camatda olan özünə inam və güvən  hissi, onu göstərir ki, bu onlarda qürurlu bir xarakter kimi formalaşmışdır. Deyərdim ki, bu xarakter,  Füzuli camaatı arasında  formalaşmış milli dəyərlərdən biridir.  Belə xarakteri yaşatmağına dəyər...

    Bütün şəhərin uşaqdan - böyüyə hamısı  burada idi. Meydan tamaşası böyük şairimiz Məhəmməd Füzulinin abidəsi önünə tər çiçək dəstələrinin qoyulmasıilə başlandı.  Ssenariyə görə bu gün toyu olan Leyla ilə Məcnun abidəni ziyarət etdikdən sonra meydan səhnəsinə doğru qürurla irəliləyirdilər. Bəylə gəlinin bu görüntüsü bütün tamaşaçılarda şən - şux əhval - ruhiyə oyatmaqla  yanaşı həmdə onlarda  qürurverici hisslər yaradırdı. Bəylə gəlinin birgə meydana doğru gəlişi kənardan baxan yeniyrtmə və uşaqlar üçündə maraqlı gəlirdi. Elçin onlara yay tətilinə qonaq gəlmiş yaxın qohumları Nərminənin əlindən bərk - bərk yapışaraq  özüilə çəkə - çəkə  bəylə  -  gəlinin arxasınca gedirdilər. Bəylə - gəlin səhnəyə qalxdıqdan sonra , onlar, bir kənara çəkilərək özlərinə bir yer tapıb əyləşdilər. Tamaşaçılar arasında     biri - birindən yaraşıqlı və  gözəl olan gənc qızlar, oğlanlar bəylə gəlinin bu təntənəsinin cazibəsinə həsədlə baxaraq köks ötürürdülər.

      Camaatın  bu təntənəsini görən erməni,  Rafiq Çöpçüyan çox qəzəbli idi. O, burnunun altında donquldana - donquldan ora - bura vurnuxurdu. Əgər əlində imkanı olsaydı meydana yığılan minlərlə  insanı oradan qovar və deyərdi : " Nə var,  niyə yığılmısınız bura ??! "  Füzulidə bu murdar ermənini çox yaxşı tanıyırdılar. Onun bu hərəkətlərini kənardan görüb eşidənlər rişxəndlə, acı - acı gülürdülər. Demək olar ki, bu yekəpər və heyvərə erməniyə heç kim əhəmiyyət vermirdi. Bir gün,  rayon partiya komitəsinin binasından bir nəfər əli çantalı, bel kəmərində 9 mm pistolet Makarova olan, bəstəboy 35 - 40 yaşlarında cavan  adam,  pilləkənlərlə cəld  şəkildə enib Rafiqə tərəf gəldi və onunla  sanki uzun illərdir  görüşmürmüş kimi qucaqlaşıb öpüşdülər. Sonra oradan cəld uzaqlaşaraq getdi. Rafiq Çöpçüyan əyri donqarlı belini düzəldib, sifətində saxta gülüş yaradaraq, gülümsünə - gülümsünə  dedi : " Yaşardı, mənim oğlum, kuryer işləyir. Rayon partiya komtəsinə aid olan məxfi sənədləri o, daşıyır. Ona görə, tapançada veriblər. Hərdən çox qorxuram, deyirəm bu it oğlu,  birdən öz işini bacarmaz,  cammat arasında biyabır olaram... Sonra yekə iri əllərini yellədərək bədgüman şəkildə oğlunun arxasınca onu qınamağa başladı : " Ay kişilər, bax, Seyid Əşrəfin cəddi haqqı, o, qızıllı Qurana and olsun ki, bu uşağı bütün günü döyürdüm ki, ayə, ay köpəyin oğlu, ay yediyin burnundan gəlsin, niyə oxumursan ?

  Deyirdim ki, ay bala oxu, sən də başqaları kimi bir  karə sahibi ol, qoy bizdə bu işığlı dünyada bir gün görək. İndi canı çıxsın qoy gedib bütün günü kağız - kuğuz daşısın. "   Onun bu qeyri səmimi danışıqları mənim qulaqlarımda vızıldanır və eşidilməz olurdu. Öz - özümdə fikirləşirdim ki,  bu necə  ola bilir, yüz min nəfərdən çox əhalisi olan bir rayonda bir azərbaycanlı tapılmadı, indi bir erməni dığasına etibar edib şərait ysradıblar ?!..

   Bizim yanımızda dayananlardan biri,  kimsə gülümsünə - gülüsünə dedi ki, 

- Rafiq əmi həqiqətən çox yaxşı adamdır....

Dedim ki : - xeyir, yaxşı olar sən, ona  əmi yox, İblis de, şeytan de, masqalanmış, əclaf de, sünii təbəssümlər altında pərdələnmiş ilan de...

- Ay qurban olum, sən, niyə belə danışırsan. Şəxsən mən, indiyə qədər ondan  heç bir pislik görməmişəm.

- Sən, " Mehman "  ("Qanun  naminə")   bədii filminə baxmısan ???

- Bəli, nədir ki ?

- O filmdə Qaloş kişi deyilən tipik bir obraz var. Bax, sənin əmi dediyin bu erməni dığası o, Qaloşdan çox - çox təhlükəli bir İblisdir.Sən, nə danışırsan   ki, o, sakit və yazıq bir adamdır... Vaxt gələcək sən, onun əsl üzünü görəndə dəhşətə gələcəksən. Bax onda deyəcəksən vay dədəm, vay... bu nə simasız və şərəfsiz adam  imiş!....

      O, illərdə Füzulidə idmanın müxtəlif növlərilə məşğul olan tanınmış və istedadlı idmançı gənclər vardı. Onların arasında elələri vardı ki, Dünya, Avropa, SSRİ və Azərbaycan çempionu olmuşdular. Neftçi futbol komandasının əsas heyətində qolkiper Əziz Əliyev, klassik güləş üzrə SSRİ idman ustası, dəfələrlə Azərbayca çempionu olmuş Mobil Yusifov, Şəhid, Ernest Hüseynov, Şəhid Elxan Yusifov,  Şəhid, İlyas Sultanov, Şəhid Tərlan Əliyev, qardaşı və oğlu Şəhid olmuş Telman Nəcəfov,  Fəxrəddin Həşimov,  Məmməd Allahyarov, Ədalət Yusifov, Adil Abdullayev, Seyran Əliyev, Atabəy Rzayev, Vüqar Paşayev,  Səməd Əbilov, Nazim Quliyev, Muxtar Səfərov, Məhəmməd Əliyev, Tofiq Cavadov, Natiq Eyvazov, İlham Məmmədov, Elman müəllim Adıgözəlov, mərhum Tumas müəllim, Füzuli şəhərinin sabiq meri,  Əlövsət müəllim, Fərrux müəllim, Polad müəllim və onlarla adını bilmədiyim tanınmış idmançılarımız. Ölkəmizin Ərazi Bütölüyü uğrunda aparılmış döyüşlərdə həlak olan Şəhidlərimizə və dünyasını dəyişənlərə Allah rəhmət eləsin. Qəbrləri nurlu, ruhları şad olsun. Amin...

     Meydan tamaşasına gələnlər arasında xeyli idmançı gənclərimiz bir tərəfdə əyləşib tamaşanın başlanmasını səbrsizliklə gözləyirdilər.

     Rafiq Çöpçiyan bir qədərdə qeyzlənmiş şəkildə ucadan bağıra - bağıra deyinirdi : " Seyid Əşrəfin Cəddinə qurban olum, onun cəddi haqqı, o, qızıllı  Qurana and olsun ki, bu adamların əlindən mən, özümü öldürəjəm.

 - Yenə nə baş verib ay Rafiq ?..Deyə ona yaxınlaşdım.

- Görmürsən,  bu gün səhər açılandan bunlar mənim avadanlıqlarımı dağıdıb məhv edirlər..

 - Bunlar deyəndə sən, kimləri nəzərdə tutursan ?

  - Əşi, bu raykomun, işçilərini deyirəm də.....

      Axı, bu Füzuli kimdir ki,  eyyy, mənim mkrofonlarımı, avadanlıqlarımı ona görə,  sabahdan bəri  məhv edirlər...

 -  Sən, düz danışmırsan. Birincisi bu avadanlıqlar elə bu tədbirlər və işlər üçündür. İkincisi, Məhəmməd Füzuli nəinki Azərbaycan, o, hətta dünya ədəbiyyatının incisidir. Bundan əlavə sən, bu nə hərəkətdir edirsən camaat eşidə - eşidə çığır - bağır salmısan. O, bu sözlərdən narazı - narazı ağzını büzərək verbal şəkildə əlini yellədib heç işarəsini verdi...

 -  Mənə bax sən, belə hərəkətlər edib adamların qanını qaraltmağa çalışma. Sən, haradan biləsən ki, Böyük Məhəmməd Füzuli kimdir. Siz ermənilərin vur  - tut bir şairi olub adı heç bilirsə nədir ?.. Onun adı Səid Nəvadır. Sizinkilərdə onun adını qondarıb ediblər Sayat Nova. Özüdə bütün şeirlərin hamısını  Azərbaycan dilində yazıb...

Mən, eşitdiyimə görə atasının adı Seyid Səfi olub....

   -  Rafiq - :  Eee.. əşi mənə nəvar ki, onun anası elə olub. Heç dəxli var.....

 - Çox dəxli var, deməyim odur ki, Sayat Nova bizimdir...

O, ağzını əyə - əyə əsəbi şəkildə cibindən bir prima siqareti çıxarıb oradan uzaqlaşdı.

     Tamaşaçılar arasında əyləşən idmançı gənclərin arasından mərhum, Mobil Yusifov gülə - gülə mənə əl elədi. Məndə əl qaldıraraq onları salamladım.

 - Mobil -  O, erməni nə deyirdi elə...  Lazımsa uşaqlar gəlib onu başa salsın.

   - Qardaş :  o, cavabın elə aldı ki, döyülməkdən betər oldu...

    " Vağzalı " sədaları altında bəylə gəlin meydan səhnəsinin mərkəzinə doğru gəlirdilər. Sağdıc və soldıc  onları müşayət edirdilər. Minlərlə tamaşaçı ayağa qalxaraq onları alqışlaya - alqışlaya ucadan  deyirdilər : " mübarək, mübarək, çox mübarək ", " xoşbəxt olasınız. " Allah sizi qorusun ", " Maşallah - maşallah ", " Bərəkallah "

   Onlar səhnənin mərkəzində qoyulmuş bir cüt mikafona yaxınlaşdılar.

  - Bəy : Əksilməyir üstündən kaman səsi - tar səsi,

  Tükənməyir dodaqdan sevgi səsi- yar səsi,

   Hər insanın ötməyə bu torpaqda var səsi,

Başdan - başa musiqidir - nəğmədir, nəğməkardır Füzulim.

 

 - Gəlin : Bol sünbüllü zəmilərin bərəkətli tamaşa,

 Yol boyunca qürur verir çinarların baş -başa,

  Şamamanın köksündə qızıl ulduzlar qoşa.

 Başdan - başa bərəkətdir - bəhrədir, tamaşadır Füzulim.

   Tamaşaçılar  ayağa qalxaraq  onları çılğınlıqla  alqışlayır və deyirdilər :  " var olun ! - var olun !" ,  eşq olsun Füzulimizə  !",  " eşq olsun ! "

   Onlar  tamaşaçılara baş əyib, yerlərini tutur və onlar üçün hazırlanmış taxtın üzərində əyləşirlər.

    Elçinlə və Nərminə meydanda gedən tamaşanı maraqla izləyirdilər. Birdə,  Elçin qeyri - adi olaraq, Nərminənin kiçicik əllərini ovucunun içərsinə alaraq, güclə eşidiləcək səslə ona səsləndi : Nərmiş, ay Nərmiş, Nərmiş...

- Nərminə : eşidirəm, sözünü de...

- Elçin : bu dəfə onun  qulağına fısıldadı  Nərmiş... Ay Nərmiş...

- Nərminə : həəə nə deyirsən ... qoy baxaq də.... sözünü de... ehhh..

 - Elçin :  Nərmiş o, bəylə gəlini görürsən ?..

Vaxt olacaq bizdə sənilə elə bir taxtda əyləşəcəyik. Həə... ?

- Nərminənin  birdən - birə çöhrəsi  qızardı. Əlini çək deyərək, Elçinə sərtləndi. Bu haradan ağlına gəldi, heç utanırsan ?

 Vallah evə gedəndə papa gilə deyəjəm. Sən bir bunun boyuna bax, danışdığı sözlərə bax...

  - Elçin : pötmüş şəkildə dedi :  nə olub mənim boyuma ?..

 

-  Nərminə : səni hələ uşaq bağçasına vermək lazımdır.

 - Elçin : nə olar bağçaya versələr gedərəm. Ancaq bir şərtlə, gərək səndə mənimlə bağçaya gedəsən. Getməsən məndə ağlayıb getməyəjəm.

 - Nərminə :  sənin ajığına mən də bağçaya getməyəjəm. Mən, uşaq deyiləm ki,

  - Elçin :  Çox sağ ol, belə çıxır ki, mən, uşağ oldum sən də mənə böyük həə..?..

 - Nərminə : Yaxş də bəsdir, sakit ol, baxaq görək nə deyirlər... Adamlar bizə baxırlar...

       Səhnəyə gümüşü saqqallı, ağ rəngli   əba geyinmiş nurani bir  ixtiyar gəlir. Bəylə gəlin qalxaraq ona yaxınlaşırlar :  -Xoş gəlmisən nurani müdrik.

- Məhəmməd Füzuli :  Əziz övladlar, eşitdim ki, bu gün sizin xoş gününüzdür. Gəldim sizi uğurlayım və xoşbəxtlik diləyim.

 - Bəylə - Gəlin : Var olasınız, ixtiyar müdrik. Sizin kimi  ulu böyüklərə  çox ehtiyacımız var. Biz, sizi tanımadıq. Bu yerlərin adamlarına bənzəmirsininiz ?..

 - Məhəmməd Füzuli : Var olasınız, xoşbəxt olasınız, bizi işıqlı gələcəyə aparacaq dərrakəli övladlar. Sizin adınız nədir ?..

 - Bəy :  Mənim adım Məcnundur...

 - Gəlin : Mənim adım Leyladır...

 - Leyla və Məcnun :  Biz, sizi tanımadıq, siz, kim oldunuz ey, ulu müdrik ?..

 - Məhəmməd Füzuli : Sizin kimi məndə bu torpağın, bu yerlərin,  bu el- obanın övladıyam. Bir zamanlar mənim ulu dədələrim sənət və istedad bilicisi olduqları üçün dövrün hakimləri onları Kərbəla torpağına köçürmüşdülər. Mən, qədim oğuz türklərinin Bayat elindən olan elimizin şair oğlu Məhəmməd Füzuliyəm. Kərbəladan İmam Hüseynin  müqəddəs torpağından sizlərə salam gətirmişəm...

   Səhnədə olan bütün iştrakçılar müdrik ixtiyarın bu sözlərini eşitcək hamısı onun qarşısında baş əyərək bir ağızdan xorla dedilər : Füzuli, Füzuli, Füzuli baba, var ol,  səni ey böyük ustad. Ey millətimin əbədiyyətə  qovuşan məhəbbət ilahisi, şeir  - sənət incisi...

 - Məhəmməd Füzuli : Edəməm tərk, Füzuli səri - kuyin yarın,

 - Vətənimdir, Vətənimdir, Vətənimdir, Vətənim !!

  Xor kapellası " Füzuli " kantatasını səsləndirir :  " Məni candan usandırdı, cəfadan yar usanmazmı,

  Fələklər yandı ahımdan, muradım şəmi yanmazmı. "

Solo oxuyan rayonumuzun həzin və məlahətli səsli sənətkari Nüşabə xanım, Hüseynova elə bir iniltili və şirin səslə oxuyurdu ki, insan özünü əngin səmalarda hiss edirdi. Nüşabə xanım " Füzuli " kantatasını ifa edən zaman mənə elə gəlirdi ki, sanki kaman səsini dinləyirəm. Dahi və ölməz  sənətkar Məhəmməd Füzulinin  bu qəzəlindəki beytlər,  görkəmli bəstəkar C. Cahangirovun ecazkar musiqisi və Nüşabə xanımın kaman səsi böyük sənət əsəri yaradır və tamaşaçıları öz ağuşuna alıb sanki lay - lay çalıb ovudurdu. Heyif o səsdən, heyif bu sənətkardan. Lənət olsun yağı və namərd düşmənlərə gözəl və qaynar həyatımızı məhv etdilər. Bəlkədə Nüşabə xanım indi ölkəmizin ən böyü və sevilən sənət adamı idi. Təəsüflər olsun.....

  Bu ecazkar musiqinin fonunda dahi şairimiz Füzuli  böyük monimental heykələ çevrilmişdi. Meydan səhnəsində elə bir cazibə qüvvəsi yaranmışdı ki,  tamaşaçılar özünü unudub səhnədə gedən hadisələri maraqla izləyirdilər.

  Ərgünəş dağı tərəfdən qəflətən  qap - qara topa bir  bulud parçası meydanın üzərinə doğru gəldi.  Birdən  göy guruldadı, şimşək çaxdı. Burulğan külək  tozanaq qopara - qopara  hər  tərəfi bürüdü. Qsırğaya bənzər külək burulğanı az qalırdı meydan səhnəsini başına alıb yerə çırpsın. Bir anın içərisində sel qoparan yağış yağmağa başladı. Hamı təəcüb içərisində quruyub qalmışdı. Elçin Nərminəni səsləyirdi Nərmiş, ay Nərminə haradasan, deyə - deyə, adamların arasında onu axtarırdı.  O, Nərminəni Mədəniyyət sarayının sütunları arasında yağışdan qorunduğunu gördüb sevindi. Tez onun əlindən bərk - bərk yapışıb gəl qaçaq dedi. Onlar cəld oradan uzaqlaşdılar...

      14 avqust 1992 - ci il, Üryandağ yüksəkliyi. Füzuli Ərazi Özünü Müdafiə taborunun  Komanda Müşahidə Məntəqəsi, saat 18.30. Tabor komandiri kapitan Mobil Yusifov yuxarı komandanlıq tərəfindən verilmiş  əks - hücum döyüş əmrinə əsasən  15 avqust 1992 - ci il tarixdə  tabur tərəfindən yerinə yetriləcək  döyüş tapşıırığını   ərazinin maketi üzərində  dəqiqləşdirmə apardıqdan sonra, real olaraq yerində  ərazinin vüzual kəşfi aparıılırdı.  Döyüş tapşırıqları ərazidə xidmət rəisləri və bölmə komandirlərinin məruzələri dinlənilməklə  yerində  bir daha dəqiqləşdirilirdi.

 - kapitan Mobil Yusifov  :  cənab zabitlər, biz ərazinin vüzal kəşfi zamanı xidmət rəisləri və bölmə komandirlərini dinlədik. Hər bir xidmət rəisi və bölmə komandiri burada sabah yerinə yetirəcəyi döyüş tapşırıqları barədə ətraflı məruzə etdi. Biz,  onları dinlədik. Kimə  nə aydın deyil ?..    Yaxşı, belə çıxır ki, hamıya hər şey aydındır.   Xidmət rəislərinin və bölmə komandirlərinin məruzələrinə əsaslanaraq mən,  bir komandir  kimi  sabahkı döyüş tapşırığı üzrə qərara aldım :  qərargah rəisi baş leytinant Elxan Yusifov, sabah birinci bölük sizin rəhbərliyinizlə əsas zərbə istiqamətində səhər saat 04. 30 - dəqiqədə Üryandağ yüksəkliyinin cənub qərb yamacilə hərəkətə başlayıb,  dərə yatağından keçməklə Yuxarı Veysəlli kəndinə doğru irəliləyəcək və kəndin cənubunda olan düşmən postlarını məhv etməklə kəndə daxil olacaqsınız. Siz hərəkət başlayan zaman briqadanın artilleriya qurğuları düşmən mövqelərini güclü atəş basqınına məruz qoyacaq. O cümlədən bir tank bölüyü sizi döyüşdə dəstəkləyəcək. İkinci bölük komandiri leytenant Rafiz Kərimov sizin bölük cənub istiqamətdən birinci bölüyün sol cinahını hər hansı təhlükədən qorumalı, döyüş zamanı düşmənin edə biləcəyi əks həmlənin  qarşısını almağa hazır olun. Üçüncü bölük komandiri baş - leytenant  Balakişiyev, siz, zavod istiqamətindən birinci bölüyün şimaldan sağ tərəfini eyni ardıcıllıqla dəstəkləyəcəksiniz. Baş çavuş  Abbasov Əli siz, taborun bir bölüyə qədər olan ümumqoşun ehtiyat bölməsilə Üryandağ yüksəkliyinin aşağısında qərb yamacında mövqe tutacaqsınız.  Ehtiyat qüvvə olaraq hər  an döyüşə hazır olacaqsınız. Baş çavuş Vahid Balakişiyev,  siz,  ehtiyatında olan bir taqıma qədər  qüvvə ilə sızaraq"  Qırmızı evin  " qarşısından düşmən istiqamətində mövqe tutmalısınız.  Düşmənin Yel ocağı tərəfdən çöl səhra  yollarını nəzarətə  götürərək giriş - çıxışı  bağlamalı və hər hansı müdaxiləsinin qarşısını kəsməlisiniz.

 - kəşfiyat rəisi, qaşıdak düşmənin kimliyi, gücü, qüvvə və vasitələri haqqında, o cümlədən hansı istiqamətdən, hansı qüvvələrlə  hansı saatlarda əks həmlə  edə biləcəyi barədə bölmə komandirlərinə doğru və düzgün məlumatlar verilsin.

 - mühəndis xidmət rəisi, piyadaların və zirehli texnikaların döyüş fəaliyyətinin təhlükəsizliyini döyüş şəraitinə uyğun cəld şəkildə təmin edirsən. Bölmələrimiz kəndi düşmənlərdən təmizləyən kimi dərhal minalanmış ərazilərin təhlükəsizliyini təmin edilməsi üzrə hərəkətə keçirsən.

  -  tibb xidmti baş leytenantı  İbrahim İbrahimov, yaralıların və şəhidlərin döyüş  zolağından vaxtında, gecikdirmədən  çıxarılması və ağır yaralıların dərhal  hoospitala göndərilməsi işi təşkil olunsun.

 - rabitə rəisi, bölmələr arasında qarşılıqlı əlaqənin yaradılması və döyüşün düzgün idarə olunması məqsədilə bölmələr  rabitə vasitə və qüvvələrilə təmin edilsin.

 -  arxa cəbhə üzrə  komandir müavini leytenant Namik Mehdihev  döyüşçülərin döyüş mövqelərinə daşınması, onların vaxtında isti yemək və imkan olmayan mövqelərə quru ərzaq payının çatdırılması, silah sursatı ön xəttə daşınmas, təmir - təxliyə işlərinin təşkil olunması vaxtında yerinə yetrilsin.

 - komandirin Şəxsi heyətlə iş üzrə müavini Atabəy Rzayev, bu andan başlayaraq taborun bütün bölmələrində döyüş ruhunun  yüksəldilməsi məqsədilə təbliğat - təşviqat işlərinə başlanılsın və bölmələrdə mövcud olan döyüş fəallarının fəaliyyəti gücləndirilsin. Döyüşçülər izah olunsun ki, bizim tərəfimizdən aparılan əks - hücum döyüşü ədalətli və vacibdir. Qarşıdakı düşmənin zəif və güclü tərəfləri barədə şəxsi heyətə məlumat verilsin...

  Bir daha deyirəm yuxarı komandanlıq  tərəfində bizim tabora verilmiş döyüştapşırığı 22 fevral 1992 - ci il tarixində düşmən tərəfindən işğal olunmuş Yuxarı Veysəlli kəndinin azad olunması məqsədilə əks - hscum döyüşünün keçirilməsidir.  Hər bir hərbi qulluqçunu sabahkı əks - hücum döyüşündə məsuliyyətli olmağa çağırıram.  Qələbə bizimlədir. Torpaqlarınızın azadlığı uğrunda irəli. Hər birinizə uğurlar arzulayıram !...

 

    ( ardı var... )

 

                Füzuli