Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı müsabiqə keçirilir
Ədliyyə Nazirliyi tərəfindən ədliyyə orqanlarına qulluğa qəbulla bağlı növbəti müsabiqə elan edilir.
Nazirliyin Mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, müsabiqədə “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun 4-cü maddəsində nəzərdə tutulmuş tələblərə cavab verən ali hüquq təhsilli Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.
Ədliyyə Nazirliyinin müxtəlif struktur qurumlarında olan vakant vəzifələri əhatə edən bu müsabiqədə iştirak üçün ərizələrin qəbulu 2025-ci il fevral ayının 28-dən may ayının 1-i saat 23:59-dək aparılacaq.
Namizədlər qeyd olunan tarixədək ərizələrini Nazirliyin rəsmi saytında “Qulluğa qəbul” bölməsində “Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı elektron müraciət” adlı hissəyə və ya linkə daxil olmaqla təqdim edə bilərlər.
Müsabiqə üzrə test imtahanı Dövlət İmtahan Mərkəzi tərəfindən ödənişli əsaslarla keçirilir. Bununla əlaqədar hər bir namizəd imtahana buraxılış vərəqəsini bu barədə elan verildikdən sonra Mərkəzin rəsmi saytında qeydiyyatdan keçməklə və müvafiq vəsaiti ödəməklə əldə etməlidir.
Test imtahanının dəqiq vaxtı və yeri, o cümlədən buraxılış vərəqələrinin təqdim olunması barədə namizədlərə öncədən məlumat veriləcək.
İmtahanda uğur qazanmış namizədlərin digər zəruri sənədləri bu mərhələdən sonra toplanılaraq yoxlanılacaq və qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər ikinci mərhələyə – söhbətə buraxılacaqlar.
Əlavə məlumatlar üçün (012) 538-01-62, (012) 538-08-85 nömrəli telefonlarla əlaqə saxlamaq olar.
Digər Xəbərlər
11 Aprel 2026 10:52
DİN: İlk üç ayda avtoqəzalarda ölənlərin 33,6 faizi təhlükəsizlik kəmərini bağlamayanlar olub
11 Aprel 2026 10:34
Hərbçilərimizin də iştirak etdiyi “Anatolian Phoenix - 2026” təlimi davam edir - VİDEO
11 Aprel 2026 10:29
Yasamalda avtomobil təmiri sexinin fəaliyyəti dayandırıldı - VİDEO
11 Aprel 2026 09:49
Prezident balaca Ayazın ailəsinə “Kamaz” hədiyyə etdi - VİDEO
10 Aprel 2026 19:15
Bakıda Xameneiyə anım mərasimi keçirildi - FOTOLAR
10 Aprel 2026 17:04
Hərbi polisin yaradılmasının 34-cü ildönümü qeyd edildi - VİDEO
10 Aprel 2026 17:03
Yağıntı intensivləşəcək, çaylardan sel keçəcək
10 Aprel 2026 16:36


Bakı -°C

