Hərbçilərimizin də iştirak etdiyi “Anatolian Phoenix - 2026” təlimi davam edir - VİDEO
Qardaş Türkiyə Respublikasının Konya şəhərində keçirilən “Anatolian Phoenix - 2026” ("Anadolu Ankası - 2026") beynəlxalq axtarış-xilasetmə təlimi uğurla davam edir.
Bu barədə Adalet.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, təlim planına uyğun olaraq keçirilən brifinqlərdə iştirakçılara təhlükəsizlik qaydaları, icra olunacaq tapşırıqların mərhələləri, həmçinin əməliyyatların aparılacağı ərazinin relyefi və iqlim xüsusiyyətləri barədə ətraflı məlumat verilib.
Tapşırığa əsasən, şərti qəzaya uğramış pilotun aşkarlanması və xilas edilməsi məqsədilə paraşüt-desant və axtarış-xilasetmə bölmələri tərəfindən kompleks əməliyyat icra olunub. Helikopter vasitəsilə əraziyə cəlb edilən paraşüt-desant və axtarış-xilasetmə xidmətinin mütəxəssisləri “fast rope” üsulu ilə eniş edərək binada mövqe tutmuş şərti terrorçu qrupunu zərərsizləşdirib və qrup rəhbərini ələ keçiriblər.
Əməliyyatın növbəti mərhələsində ərazi üzərində tam nəzarət təmin edilib, pilot təhlükəsiz şəkildə təxliyə olunub. Tapşırığın uğurla icrasından sonra şəxsi heyət helikopter vasitəsilə ərazini tərk edib.
Eyni zamanda, əməliyyata cəlb olunan aviasiya vasitələri qruplara havadan mühafizə və atəş dəstəyi göstərərək tapşırıqların effektiv icrasına köməklik göstərib.
İcra olunan fəaliyyətlər zamanı şəxsi heyətin yüksək peşəkarlığı, eləcə də bölmələr arasında qarşılıqlı fəaliyyət və koordinasiyanın yüksək səviyyədə olduğu nümayiş etdirilib.
Qeyd edək ki, beynəlxalq təlim aprelin 17-dək davam edəcək.
Digər Xəbərlər
01 May 2026 23:42
Prezidentin qızı və gəlini “Tağıyev: Məktəb” filminin təqdimatında - FOTOLAR
01 May 2026 18:01
Naxçıvan MR Xəstəxanasına yeni direktor təyin edildi
01 May 2026 17:39
Mehriban Əliyeva İslam Səfərli küçəsinin açılışı ilə bağlı video paylaşdı
01 May 2026 16:31
7788.8 hektar ərazi minalardan təmizlənib
01 May 2026 16:28
"Bu problem hələ də ciddi humanitar çağırış olaraq qalır" - Hikmət Hacıyev
01 May 2026 16:06
Diplomatik korpusun nümayəndələri Qarabağ Universitetində
01 May 2026 14:10
Xarici diplomatlar Xankəndidə Zəfər Parkında - FOTOLAR
01 May 2026 14:09


Bakı -°C

