Xarici diplomatlar Xankəndidə Zəfər Parkında - FOTOLAR
Qarabağda səfərdə olan diplomatik korpusun nümayəndələri Xankəndi şəhərində salınmış Zəfər Parkında olublar.
Adalet.az xəbər verir ki, nümayəndə heyətinə Xankəndi şəhərində 9 hektarlıq ərazidə salınan və Azərbaycanın tarixi qələbəsini əks etdirən Zəfər Parkı, 44 günlük müharibəni simvolizə edən 44 metr hündürlükdə Zəfər Tağı haqqında məlumat verilib.
Nümayəndə heyəti parkda quraşdırılmış lövhələr üzərində müharibənin gedişi barədə məlumatlar, o cümlədən azad olunmuş yaşayış məntəqələrinin adları, eyni zamanda, 2023-cü ildə keçirilmiş antiterror əməliyyatının nəticələrini əks etdirən məlumatlarla tanış olublar.
Qeyd edək ki, səfərdə ümumilikdə 62 ölkə və beynəlxalq təşkilatı təmsil edən 150-dən artıq səfir, diplomat, hərbi attaşe və digər nümayəndə iştirak edir. İki gün davam edəcək səfər zamanı qonaqlar Xankəndi şəhərində, Xocalı, Şuşa və Laçın rayonlarında olacaq, bölgədə aparılan yenidənqurma və bərpa işlərini yerində izləyəcək, həmçinin sosial və iqtisadi əhəmiyyətli obyektlərlə tanış olacaqlar.
Digər Xəbərlər
01 May 2026 14:09
Orta məktəblərdə hərbi hazırlıq dərslərinə ayrılan vaxt artırılsın - TƏKLİF
01 May 2026 14:08
"Səyyar gömrük auditi aparılması halı kifayət qədər azalacaq" - General
01 May 2026 13:35
Azərbaycanda hərbçilərin şəxsi jetonu olacaq
01 May 2026 13:17
Dövlət vəsaitindən təyinatı üzrə istifadə etməmə cinayət sayılacaq
01 May 2026 12:57
Hikmət Hacıyevdən diplomatların Qarabağ səfəri ilə bağlı PAYLAŞIM
01 May 2026 12:54
İlham Əliyev onu təltif etdi - SƏRƏNCAM
01 May 2026 12:39
Azərbaycanda maaşın ödənilməsi ilə bağlı yeni qayda
01 May 2026 12:36


Bakı -°C

