Türkiyə səfiri: Qarabağın bərpasının çox sürətlə aparılmasından sevinirik
Diplomatik korpusun nümayəndələrin azad edilmiş ərazilərə səfəri burada aparılan bərpa-quruculuq işləri tanış olmaq baxımından gözəl bir fürsətdir.
Adalet.az xəbər verir ki, bunu apa-ya Türkiyə səfiri Birol Akgün deyib.
Diplomat Azərbaycanda səfir kimi fəaliyyətə başlayandan bəri artıq Qarabağa 10-cu dəfə səfər etdiyini bildirib.
“Əmin olun ki, hər səfərdə yeni bir inkişaf, dəyişiklik, bərpa fəaliyyətini müşahidə edirəm”, - səfir qeyd edib.
O, artıq Xocalıda, Xankəndidə bir sıra yerlərə baş çəkdiklərini vurğulayıb.
Birol Akgünün sözlərinə görə, Xankəndi şəhərinin hər tərəfində bir canlanma, yenilik var.
“Qarabağın bərpasının çox sürətlə aparılmasından sevinc hissi keçirir, qürur duyuruq”, - o əlavə edib.
Digər Xəbərlər
01 May 2026 14:33
Qərəzin əsl səbəbləri cəmiyyətimizə artıq məlumdu
01 May 2026 12:42
Hicran Hüseynova: Uşaqların maraqlı maksimum nəzərə alınmalıdır
01 May 2026 12:27
Milli Məclis bir neçə beynəlxalq sənədi ratifikasiya etdi
01 May 2026 12:10


Bakı -°C

