adalet.az header logo
  • Bakı -°C
01 May 2026 14:08
80
GÜNDƏM
A- A+

"Səyyar gömrük auditi aparılması halı kifayət qədər azalacaq" - General

"Azərbaycanda Gömrük Məcəlləsinə edilən dəyişikliklərlə səyyar gömrük auditinin aparılması halları kifayət qədər azalacaq".

Adalet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbəti plenar iclasında "Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov

"Hazırda qüvvədə olan Məcəllədə gömrük auditinin aparılması norması təsbit olunubdur və illər boyu bu norma bizdə istifadədədir. Yeni yanaşmamız ondan ibarətdir ki, gömrük auditində kameral və səyyar yoxlama ifadələri daha dəqiq təsvir olunsun, yəni, onlar bir-birindən ayrılsın. ​Məntiqi nöqtəyi-nəzərdən, kameral yoxlama məsafədən, hər hansı elektron məlumatlar əsasında yoxlamaların həyata keçirilməsini nəzərdə tutur. Səyyar yoxlama isə ölkəmizdə müəyyən olunmuş yoxlama qaydalarına uyğun olaraq İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə bərabər, eyni vaxtda keçirilə bilər", - deyə o qeyd edib.

Komitə sədri qeyd edib ki, audit prosesində müəyyən videoçəkilişlərin aparılması və digər qeydiyyatın aparılması nəzərdə tutulur: "Audit nəticələri əsasında həm məhkəmə qaydasında şikayət vermə, həm də inzibati qaydada audit qərarının ləğv edilməsi normaları müəyyən olunur. Bu nöqtəyi-nəzərdən biz hesab edirik ki, auditin kameral və səyyar yoxlamaları özü-özlüyündə keyfiyyətcə inkişaf edir. Audit biznesə ilk növbədə hər hansı bir baryer yaratmaq əvəzinə, daha çox məsafədən kameral yoxlama əsasında həyata keçiriləcək".