adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
04 Avqust 2021 09:31
16572
DÜNYA

Əfqanıstanın müdafiə nazirinin evi yaxınlığında partlayış oldu - Ölənlər var

Əfqanıstanın müdafiə naziri vəzifəsini icra edən Bismillah Məhəmmədinin evinin yaxınlığındakı avtomobilin partlaması nəticəsində ən az 4 nəfər ölüb, daha 20 nəfər yaralanıb. Bundan sonra təhlükəsizlik qüvvələri ilə hücum edənlər arasında qarşıdurma olub.

Adalet.az-ın məlumatına görə, bu barədə AFP agentliyi Əfqanıstanın təhlükəsizlik xidmətində olan mənbələrə istinadən bildirib.

Mənbələr avtmobilin kamikadze tərəfindən idarə edildiyini qeyd ediblər.