01 May 2024 13:49
681
DÜNYA

Xarkovda partlayış səsləri eşidilir

Ukraynanın "Obşestvennoye" (İctimai) telekanalının yaydığı məlumata görə, Xarkov şəhərində partlayış səsləri eşidilib. 

 Bu barədə Telegram-kanalda məlumat yayan telekanal, Ukraynanın rəqəmsal tansformasiya nazirliyinə istinadın bildirib ki, Xarkov şəhərində hava hücumundan həyəcan siqnalı səslənib. 

 Rusiyanın müdafiə nazirliyi bu barədə heç bir açıqlama verməyib.

 Daha əvvəl, aprelin 29-da Odessa şəhərində də partlayışlar baş verib. Bundan başqa Ukrayna KİV-ləri Poltava şəhərində partlayışlar barədə xəbərlər yayıblar.

 Müharibə başlayandan bəri, Rusiyanın silahlı qüvvələri Ukraynanın enerji və rabitə obyektlərinə raket zərbələri endirir. Bu zərbələrin əksəriyyəti bilərəkdən, ya bilməyərəkdən mülki binalara  tuş gəlir və nəticədə dic əhali ziyan çəkir.

 Rusiya prezidenti Vladimir Putin isə bunun Kiyev rejiminin terror əməliyyatlarına cavab olduğunu bəyan edir.

 Rüstəm Hacıyev