"EGE Hospital"ın sayəsində Möylə bəy də haqqa qovuşdu
Ötən ay Dövlət Akademik Musiqili Teatrının aktyoru Möylə Mirzəliyev iflic olduğu haqqında məlumat paylaşmışdıq.
Məsələ belə olmuşdu. Möylə müəllim canında, xüsusən belində ağrıları hiss edəndən sonra durur gedir, adı dillər əzbəri olan, reklamı televiziya kanallarını yağır edən "EGE Hospital"a .
"EGE Hospital"da müəllimə dirəşiblər ki, bəs sən spinal stenoz (bel kanalının daralması) xəstəsisən, mütləq əməliyyat olunmalısan. Yoxsa, sonralar şikəst olarsan.
Möylə müəllim də fikirləşib ki, bu boyda həkimlər məni aldatmır ki, yəqin dəqiq söhbətdir və beləliklə, əməliyyata razı olub.
Aktyorun qızı Leyla Rəhimli Oxu.az-a açıqlama vermişdi ki, əməliyyatdan sonra atam hərəkət qabiliyyətini tamamilə itirib. Leyla xanım sonra da deyib ki, hazırda müalicəsi xəstəxanada davam etdirilir. Yəni öz ayaqları ilə "EGE Hospital"a gəlib, burda şikəst olan adam orada hansı müalicəyə əsasən “qalır “ söhbəti mənə çatmasa da, Möylə müəllimin halına yanmamaq mümkün deyil.
Nəhayət bu gün "EGE Hospital"ın "yüksək kefiyyətli müalicə və müainəsi " sayəsində bu gün Möylə müəllim haqqın dərgahına qovuşdu.
Əntiqə Rəşid
Digər Xəbərlər
10 Sentyabr 2026 16:49
Balaca Raula dəstək olaq! - FOTOLAR
10 Sentyabr 2026 09:10
ÜST-dən şəkər xəbərdarlığı - Günlük norma nə qədər olmalıdır?
09 Sentyabr 2026 17:33
İsmayıllıda kütləvi zəhərlənmənin səbəbi məlum oldu
08 Sentyabr 2026 12:22
“Sən maa heş zad eliyə bilməssən!” - Xərçəngə meydan oxudu
08 Sentyabr 2026 07:04
Gecə yataqda edilən bu səhv kişilərə ağır zərbə vurur
06 Sentyabr 2026 17:00
Stress zamanı bunları edin - Özünüzü daha yaxşı hiss edəcəksiniz
06 Sentyabr 2026 16:31
Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər
04 Sentyabr 2026 16:13


Bakı -°C

