adalet.az header logo
  • Bakı -°C
08 Sentyabr 2026 12:22
45
SAĞLAMLIQ
A- A+

“Sən maa heş zad eliyə bilməssən!” - Xərçəngə meydan oxudu

Yazıçı, publisist Vahid Qazi xərçəng xəstəliyindən əziyyət çəkir.

Adalet.az  xəbər verir ki, V.Qazi xəstəliyi ilə bağlı məlumatı sosial şəbəkə hesabında fərqli tərzdə çatdırıb.

“Bizim uşaqlığımızda iki höcətləşən arasında dava ən çox bu sözdən sonra başlayırdı: “Sən maa heş zad eliyə bilməssən!” Zəif olan özündən güclüyə deyirdi onu. Bax o anda o zəifin gücü yalnız o sözü deyə bilməyə çatırdı. Çox vaxt o söz atəşə nöyüt tökmək effekti verirdi. Hərdən isə əksinə olurdu – o cəsarətli sözdən sonra dava başlamadan bitirdi. Çünki güclü zəifin kimə arxalandığını bilirdi.

Ömür boyu heç vaxt yaşamadığım qarışıq duyğular, fikirlər dolu neçə ayın sonunda mənim də bax elə o sayaq “dava günüm” yetişdi. Davam dövrümüzün çərdəymiş bəlasıyladı. Özündən güclüyə o sözün deyildiyi az qala 50 illik xatirənin məhz bu gün yada düşməsi də boşuna deyil yəqin. İndi o sözü mən deyirəm: “Əsrin bəlası, “sən maa heş zad eliyə bilməssən! Göydə anamın, yerdə doğmaların, yaxınların duaları mənimlədi!”, - o qeyd edib.

Qeyd edək ki, 1968-ci ildə Ağdamda doğulan yazıçı Azərbaycan və İsveç Yazıçılar Birliyinin üzvüdür. 2012-ci ildən isə İsveçdə yaşayır.