Əhali qazancının yarıdan çoxunu ərzağa xərcləyib
2024-cü ilin yanvar-may aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 21,5 milyard manatlıq, o cümlədən 12,1 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 9,4 milyard manatlıq qeyri-ərzaq malları satılıb.
Dövlət Statistika Komitəsindən (DSK) Adalet.az-a verilən məlumata görə, 2023-cü ilin yanvar-may ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,3 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,8 faiz, qeyri-ərzaq malları üzrə 5,2 faiz artıb.
Hesabat dövründə qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 3,3 faiz artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,7 faizini təşkil edib.
2023-cü ilin yanvar-may ayları ilə müqayisədə 2024-cü ilin yanvar-may aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 10,3 faiz, fərdi sahibkarlar üzrə 0,2 faiz, bazar və yarmarkalarda 1,2 faiz artıb. Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 421,3 manatlıq, o cümlədən 237,1 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 184,2 manatlıq qeyri-ərzaq malları alıb.
Digər Xəbərlər
16 Dekabr 2025 19:39
Azərbaycan bu ölkələrlə yeni nəqliyyat marşrutu yaratmağı planlaşdırır
16 Dekabr 2025 16:56
Çinlə ticarət dövriyyəsi 4 milyard dolları ötdü
16 Dekabr 2025 15:13
Vergi Məcəlləsində elektron siqaretlərlə bağlı dəyişiklik
16 Dekabr 2025 15:08
Nikotin tərkibli elektron siqaretlər tütün məmulatı hesab ediləcək
16 Dekabr 2025 13:13
İşəgötürən işçini razılığı olmadan məzuniyyətə göndərə biləcək
16 Dekabr 2025 13:13
Məzuniyyətə çıxan işçilərin maaşının ödənilməsi ilə bağlı yeni qayda
16 Dekabr 2025 13:12
İş yerində bu şəxslərin ixtisara salınması mümkün olacaq
16 Dekabr 2025 13:11


Bakı -°C

