"Əhalinin rifahı yüksələcək" - Sahil Babayev
“2025-ci ilin dövlət büdcəsinin yerli gəlirləri 873 milyon manat və ya proqnoza nisbətən 79 milyon manat çox, yerli xərcləri isə 717 milyon manat icra olunub”.
Adalet.az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin bu gün keçirilən iclasında “2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Nazir bildirib ki, regionların mərkəzi büdcədən maliyyə asılılığının azalması da 2025-ci ilin müsbət nəticələrindəndir: “Naxçıvan Muxtar Respublikasına ayrılan dotasiya əvvəlki illə müqayisədə 25,2 milyon manat və ya 13,6 faiz azalıb. Yerli gəlirlər hesabına xərclərini maliyyələşdirən şəhər və rayonların sayının artması regionların iqtisadi və maliyyə potensialının gücləndiyini göstərir. Beləliklə, ötən il fiskal orqanlar tərəfindən daxilolmaların artıqlaması ilə təmin edilməsi və büdcə xərclərinin səmərəli icrası hesabına dövlət büdcəsi profisitlə yerinə yetirilib”.
S.Babayev əlavə edib ki, 2025-ci il icmal büdcənin gəlirləri 48 mlrd. manat, xərcləri isə 44,6 mlrd. manat təşkil edib, icmal büdcə də profisitlə icra olunub. Ümumilikdə, 2025-ci ildə ölkədə makroiqtisadi sabitliyin qorunması, dövlət gəlirlərinin artırılması, qeyri-neft sektorunun genişləndirilməsi, borc dayanıqlılığının təmin edilməsi və sosial öhdəliklərin maliyyələşdirilməsi istiqamətində mühüm nailiyyətlər əldə olunduğunu vurğulayan nazir qarşıdakı dövr üçün hədəflərdən də danışıb.
“Əsas hədəf müsbət nəticələri möhkəmləndirmək, qeyri-neft gəlirlərinin artımını sürətləndirmək, dövlət xərclərinin səmərəliliyini yüksəltmək, büdcə sisteminin nəticəyönümlülüyünü daha da artırmaqdır. Əminik ki, həyata keçirilən məqsədyönlü iqtisadi və fiskal siyasət ölkəmizin maliyyə dayanıqlılığının möhkəmlənməsinə, əhalinin rifahının yüksəlməsinə və inkişaf hədəflərinə xidmət edəcək”, - deyə nazir qeyd edib.
Digər Xəbərlər
15 Oktyabr 2026 09:42
Azərbaycan bu valyuta bahalaşdı - Rəsmi
13 Oktyabr 2026 18:11
İqtisadi Şuranın növbəti iclası keçirildi - FOTOLAR
13 Oktyabr 2026 11:49
"Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir" - İlham Əliyev
13 Oktyabr 2026 11:48
Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək
13 Oktyabr 2026 11:41
"Bu, əvvəlki ilə nisbətən 50 faizdən çox artım deməkdir" - Deputat
13 Oktyabr 2026 10:07
Uzaq Kambocadan nə alırıq?
12 Oktyabr 2026 19:00
Azərbaycandan elektrik enerjisini vasitəçi olmadan idxal edirik - Kobaxidze
12 Oktyabr 2026 09:20


Bakı -°C

