adalet.az header logo
  • Bakı -°C
30 Iyul 2026 11:01
65
DÜNYA
A- A+

Əhməd Davudoğlu siyasətdən getdi

Türkiyənin sabiq Baş naziri və Gələcək Partiyasının sədri Əhməd Davudoğlu siyasətdən getdiyini açıqlayıb.

Adalet.az xəbər verir ki, o bu barədə sosial şəbəkə hesablarında paylaşım edib. 

Məsələ ilə bağlı yazılı bəyanat yayan 67 yaşlı Ə.Davudoğlu Gələcək Partiyasının fəaliyyətinə də son verildiyini bildirib. 

Xatırladaq ki, Əhməd Davudoğlu 2014-2016-cı illərdə Ədalət və İnkişaf Partiyasının sədri və ölkənin Baş naziri olub. 2016-cı ildə postundan istefa verən siyasətçi 2019-cu ildə Gələcək Partiyasını təsis etmişdi.