Əhməd İsmayılov: Bu konfrans Azərbaycan mediası üçün mühüm praktik əhəmiyyət daşıyacaq
Qlobal informasiya mühitinin media trendlərinin formalaşmasına təsirindən danışarkən artıq ənənə halını almış Şuşa Qlobal Media forumları barədə bəhs etməmək mümkün deyil. Aparıcı media menecerləri, ekspert və jurnalistlər dünya mediasının müasir trendlərini son illər məhz Şuşa şəhərində keçirilən Qlobal Media forumları çərçivəsində müzakirə edir, fikir mübadiləsi aparırlar.
Adalet.az xəbər verir ki, bu sözləri Naxçıvanda keçirilən "Qlobal informasiya mühiti və media trendləri" konfransı - "Mediafest-2025"-də çıxışı zamanı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov deyib.
O qeyd edib ki, Qlobal Media forumlarında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şəxsən iştirak etməsi, media nümayəndələrinin çoxsaylı suallarını cavablandırması dövlətimizin haqq səsinin dünyaya çatdırılması baxımından əlamətdar hadisə olmaqla yanaşı, eyni zamanda, başlıca vəzifəsi cəmiyyəti obyektiv və qərəzsiz informasiya ilə təmin etmək olan mediaya diqqət və qayğının müstəsna təzahürüdür.
"Düşünürük ki, bu gün Naxçıvan şəhərində işinə başlayan konfrans Azərbaycan mediası üçün mühüm praktik əhəmiyyət daşıyacaq. Panel müzakirələrdə iştirak edəcək media menecerlərinə, ekspertlərə və bütün iştirakçılara uğurlar arzulayırıq", - deyə Əhməd İsmayılov əlavə edib.
Digər Xəbərlər
13 Iyul 2026 12:27
İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda - FOTOLAR+VİDEO + YENİLƏNİB
13 Iyul 2026 09:00
Bu gündən IV Şuşa Qlobal Media Forumu başlayır
11 Iyul 2026 15:16
Şuşada beynəlxalq tədbir - Hansı məsələlər müzakirə olunur? - VİDEO
10 Iyul 2026 10:15
IV Şuşa Qlobal Media Forumu bu tarixdə keçiriləcək
01 Iyul 2026 15:35
"Ədalət" qəzetinin əməkdaşı MEDİA-nın müsabiqəsində qalib oldu
01 Iyul 2026 14:03
Saytlara dəstək müsabiqəsinin nəticələri açıqlandı - SİYAHI
01 Iyul 2026 13:36
Çap mediası subyektlərinə dəstək müsabiqəsinin nəticələri açıqlandı - FOTO
30 Iyun 2026 15:24


Bakı -°C

