Əhməd İsmayılov: Erkən yaşlarda tənzimlənməyən sosial şəbəkə istifadəsi problemlərə səbəb ola bilər
"Müasir diaqnostik təhlillərə görə, erkən yaşlarda tənzimlənməyən sosial şəbəkə istifadəsi gələcəkdə müxtəlif problemlərə səbəb ola bilər".
Adalet.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov Agentliyin təşkilatçılığı ilə keçirilən “İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlara dəyişiklik edilməsi barədə” qanun layihəsinin ictimai müzakirəsində deyib.
O bildirib ki, inkişaf etmiş ölkələrdə uşaqlar üçün zərərli hesab edilən, onların fiziki və psixoloji sağlamlığına mənfi təsir göstərən sosial media istifadəsinin məhdudlaşdırılması istiqamətində müxtəlif qanunvericilik tədbirləri həyata keçirilir.
Əhməd İsmayılovun sözlərinə görə, ölkədə hazırlanan qanun layihələri bir neçə əsas aspekti əhatə edir və uşaqların rəqəmsal mühitdə daha təhlükəsiz şəkildə fəaliyyət göstərməsini hədəfləyir. “Bu qanun layihəsi rəqəmsal dünyanın mövcud problemlərindən qorunma baxımından mühüm əhəmiyyət daşıyır. Təklif olunan müddəaların etik və beynəlxalq hüquq normalarına uyğun olduğu qeyd edilir”.
O, həmçinin qeyd edib ki, qanun layihəsinin hazırlanması və tətbiqi zamanı dövlət orqanları bu məsələyə ciddi diqqət yetirməlidirlər: "Bu istiqamətdə müvafiq dövlət qurumları arasında əməkdaşlığın gücləndirilməsi də vacib hesab olunur".
Digər Xəbərlər
05 Avqust 2026 10:42
MŞ sədri: "TikToka baxmaq beyni çürüdür"
27 Iyul 2026 16:26
""Səhər" kanalı və "Mehr" agentliyinin Azərbaycanda fəaliyyəti qanunsuzdur" - MEDİA
22 Iyul 2026 19:19
Milli Mətbuat Gününə həsr olunan tədbir keçirildi
22 Iyul 2026 16:09


Bakı -°C

