Əhməd İsmayılov: Medianın yeni formalaşan trendləri özü ilə birlikdə texnoloji təhdidlərə də səbəb olur
Müasir dövrdə medianın yeni formalaşan trendləri özü ilə birlikdə pozitiv tendensiyalar formalaşdırmaqla yanaşı informasiya təhlükəsizliyi üçün yeni texnoloji təhdidlərə də səbəb olur.
Adalet.az xəbər verir ki, bu fikirləri Medianın İnkişafı Agentliyinin sədri Əhməd İsmayılov Mətbuat Şurasının təşəbbüsü ilə “Müasir mediada yeni trendlər:informasiya təhlükəsizliyi və peşəkarlıq meyarları” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib
Onun sözlərinə görə, informasiya təhlükəsizliyinin yüksək səviyyədə təmin edilməsi, ölkənin informasiya mühitinin çirkləndirilməsi hallarının qarşısını almaqla yanaşı, eyni zamanda medianın və bütövlükdə jurnalistikanın peşəkarlıq səviyyəsinin artırılması müasir dövrün vacib çağrışlarındandır: "Bu baxımdan Mətbuat Şurasının məhz belə aktual mövzuda tədbir keçirmək təşəbbüsü diqqətəlayiqdir".
Ə.İsmayılov bildirib ki, medianın cəmiyyətin obyektiv və peşəkar şəkildə məlumatlandırılmasına xidmət edən fəaliyyətinin stimullaşdırılması, demokratik dəyərlərə hörmətin bir hissəsi kimi fundamental hüquq olan düzgün informasiya almaq hüququnun realizəsi, bu yolla ictimaiyyət və media arasında qarşılıqlı etimadın artırılması dövlətin əsas məqsədlərindəndir".
"Media islahatları zəngin ənənələri olan Azərbaycan mətbuatının simasını müasirləşdirərək onun yeni inkişaf mərhələsinə qədəm qoymasına təkan vermiş, ictimai rəydə jurnalistin nüfuzunun artırılması yönündə ciddi nəticələrə səbəb olub və ilk dəfə olaraq cəmiyyətin media savadlılığının yüksəldilməsi kimi strateji kurs həyata keçirərək, sistemli, konseptual yanaşma sərgiləyib. 44 günlük Vətən Müharibəsində qazanılan qalibiyyət medianın da inkişafına impuls verib, yeni mərhələnin başlanmasını şərtləndirib. Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı ilə medianın inkişafında yeni bir mərhələnin bünövrəsi qoyulub", - Agentlik sədri qeyd edib.
Digər Xəbərlər
29 Dekabr 2025 15:43
MEDİA bu saytlara və qəzetlərə pul ayırdı - FOTO
29 Dekabr 2025 14:04
Media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır
24 Dekabr 2025 16:17
“Kreativ Media - Bakı” məzmun müsabiqəsinin qalibləri mükafatlandırılıb - FOTOLAR
24 Dekabr 2025 16:11
Cihangir İşbilir tətlif edildi
23 Dekabr 2025 16:06
“Bakcell”in innovasiya tərəfdaşlığı ilə “Media Savadlılığı” Konfransı baş tutub - FOTOLAR
22 Dekabr 2025 17:17
Bakcell “Media Savadlılığı” Konfransının innovasiya tərəfdaşıdır!
22 Dekabr 2025 16:23
İcraçı direktor: Azərbaycanda media savadlılığının artırılması prioritetlərdən biridir
19 Dekabr 2025 17:38


Bakı -°C

