Ehtiyatda olan sərhədçi polkovnikə yubiley tədbiri keçirildi - FOTOLAR
May ayının 22-də Dövlət Sərhəd Xidmətinin aparatında və Akademiyasında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatında olan veteran sərhədçi polkovnik Qədirov Nizami Düni oğlunun anadan olmasının 70 illik yubileyinə həsr olunan tədbir keçirilib.
Adalet.az xəbər verir ki, yubiley tədbirində Dövlət Sərhəd Xidmətinin rəhbərliyi və şəxsi heyəti iştirak edib.
Tədbirdə hələ Ulu Öndər Heydər Əliyev tərəfindən Dövlət Sərhəd Xidmətinin yarandığı vaxtlarda milli sərhəd mühafizəsinin qurulmasında və formalaşmasında polkovnik N. Qədirovun uzunmüddətli xidmətlərindən danışılıb, ona həvalə edilmiş bütün vəzifələrin öhdəsindən layiqincə gəldiyi, peşəkar zabit kimi dövlət sərhədlərinin mühafizəsinə öz töhfəsini verdiyi xüsusi vurğulanıb.
Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev yubilyara “Sərhəddə fərqlənməyə görə” medalını və vəsiqəsini təqdim edib, ömrünü Vətən sərhədlərinin qorunmasına həsr etmiş polkovnik N. Qədirova Vətən qarşısında əvəzsiz xidmətləri üçün öz səmimi təşəkkürünü bildirib.
Hazırda DSX Akademiyasında pedaqoq kimi gənc sərhədçi zabitlərin yetişdirilməsində bilik və bacarıqlarını əsirgəməyən polkovnik N. Qədirov ona göstərilən xüsusi diqqətə görə təşəkkür edərək sərhədləri bütöv, ərazi bütövlüyü və suverenliyi bərpa olunmuş Azərbaycan Respublikasının Sərhəd Mühafizəsinin mənsubu olmaqdan qürur duyduğunu ifadə edib.
Tədbirin sonunda xatirə fotoşəkilləri çəkdirilib.
Digər Xəbərlər
29 Mart 2026 18:04
Sürücülərə və piyadalara XƏBƏRDARLIQ
29 Mart 2026 15:07
Prezident Cəmil Əliyevi təltif etdi
28 Mart 2026 22:00
DTX xaricdə qanunsuz miqrasiya fəaliyyətində iştirak edən azərbaycanlıları müəyyən etdi - VİDEO
28 Mart 2026 16:10
Bəzi ərazilərdə kollektorlarda problemlər yaranıb - BŞİH
28 Mart 2026 13:24
Aylıq yağıntı üzrə rekord göstərici qeydə alınıb
28 Mart 2026 13:20
DİN: Yağışlı hava ilə əlaqədar 763 çağırışa reaksiya verilib
28 Mart 2026 13:17
1919-cu ildə qurulan təhlükəsizliyimiz - DTX-dən paylaşım
28 Mart 2026 13:11


Bakı -°C

