16 Dekabr 2020 13:35
68368
MARAQLI

Əjdaha varmı, yoxsa onu biz yaratdıq?

Əjdaha deyəndə ağlınıza ilk olaraq nə gəlir? Yarasa kimi açılan qanadlar? Ora-bura qıvrılan bir gövdə, pulcuqlarla örtülmüş dəri,  iri pəncələr və təbii ki alov saçan yekə bir ağız? Uzun sözün qısası, bir canavar.

Amma hər kəsin ağlına eyni şeylər gəlmir. Bəzilərinin qorxduğu bu qorxunc varlıq bəzilərinin uğur simvoludur. Sizə də qəribə gəlmirmi? Gerçəkdə var olmayan bir varlığın hamı tərəfindən həqiqət olaraq qəbul olunması. Sanki əjdaha görmüşük.

Yer üzünə gəlib-gedən bütün mədəniyyətlərdə içində əjdaha olan bir nağıl mütləq var. Adları dəyişə bilər, görünüşləri fəqli ola bilər, amma istənilən halda vardırlar.

Qərb əfsanələrində qorxulu bir varlıq kimi qəbul olunsa da, Şərq əfsanələrində şans gətirdiyinə inanılır.

Məsələn, Misirdə əjdahaya bənzəyən Alepin, Mesopotomiyada Muşuşu kimi

bir varlığın olduğuna inanırlar.

Bəs, yaxşı necə olur ki, köhnə nağıllar yadımızda qalmaz ikən o nağıllardakı əjdahaları hələ də unutmuruq?!

Dünyanın ən çox baxılan teleseriallarında, filmlərində, kompüter, telefon oyunlarında əjdahalara rast gəlmək mümkündür.

Bu əjdahalar haradan gəlib ağlımıza yerləşdilər?

Elm adamlarının bu mövzuda bəzi təxminləri var.

Dinozavrlar...

Dünyanın bütün əfsanələrində əjdahalar var. Eynən də dünyanın hər yerində dinozavr fosilləri var. Bu dinozavr skeletləri tapan antik dünyanın insanları gördükləri skeletlərə xəyal güclərini əlavə edərəl bir əjdaha obrazı yarada bilərlər.

E.ə IV yüzillikdə yaşamış çinli tarixçi Çenqdunun Sıçuan bölgəsində tapılan belə bir dinozavr fosilini Drakon olaraq qeydə aldığı bilinir. Bundan 2500 il övvəl yaşayan insanların belə bir skeleti tapdığını düşünün. Uzunluğu 10 metr, boyu 5 metr olan bu heyvan fosilləri nağıllardakı əjdahalarla təxminən eyni ölçüdə idilər.

Nil timsahı

Timsahların əjdahalara ilham mənbəyi olduğu düşünülür. Amma xüsusilə Afrikadakı 3 timsah növünün ən böyüyü olan Nil timsahının Avropa əfsanələrindəki əjdahaların əcdadı olduğu iddia edilir. Bu timsahların uzunluğu orta hesabla 5 metr, ağırlıqları isə 900 kq-a yaxın olur. Ancaq yerlilər uzunluğu 7 m, ağırlığı 1 tondan artıq timsahları belə gördüklərini deyirlər.

Əfsanələr də belə yaranmırmı?

Biri 7 metrlik bir timsah görən kimi gedib qəbiləsinə danışır. Bunu eşidənlər də qonşu qəbilələrə gedib danışır. “Dedi-qodu” mədəniyyəti. Belə-belə qulaqdan-qulağa yayılmağa başlayır bu xəbər. Nildən ta Avropaya, Asiyaya qədər. Bu yayılma ərəfəsində 7 metrlik timsah dönüb olur əjdaha.

Goanna

Bu da Avstraliyada yaşayan başqa bir sürünəndir. Çox kəskin dişləri və pəncələri var. Dinozavrlar və timsahlar qədər böyük olmasa da, 2,5 metrə qədər böyüyə bilirlər. Avtraliyada yaşayan aborigenlərin folklorunda bu heyvanların xüsusi yeri var. Onların nağıllarından Goanna tərəfindən dişlənilən insanlar o dəqiqə ölməsələr də, yaraları zəhərlə müalicə olunur və 7 il sonra hər yeddi ildənbir o yaralar alovlanmağa başalayır.

Maraqlı olan təkcə 7 il məsələsi deyil, həm də sadəcə nağıllarda bilinən bir şeyin gerçək olmasıdır. Goannaların ağızlarında zəhər olduğu 2005-ci ilə qədər bilinmirdi.

İnsan beyni

Məsələn, ilan olmayan bölgələrdə yaşayan və dünyanı hələ tanımayan balaca uşaqların belə ilan qorxusu var. İstər Qərb, istərsə də Şərq əfsanələrindəki əjdahalara baxanda onların vücudlarının ilan kimi qıvraq, uzun olduğu görünür. Və bu əjdahalar harada yaşayırlar? Qaranlıq mağaralarda, dağlarda, dərin çuxurlarda, meşələrin dərinliklərində. Yəni ilanların yaşadığı yerlərdə.

Antropoloq David Cons insanların tarix boyunca 3 şeydən qorxduğunu deyir. İlanlardan, qartallardan, leopardlardan. İnsanların qorxduğu bu üç heyvan birləşərək əjdahanı yaradır. İlan kimi olan bir əjdaha leopard kimi pəncələri ilə çin mifologiyasında qanadsız da uça bilir. Şumerlərin İştar qapısında tapılan fiqurda baxın.

Arxa ayaqları bir qartalın, ön ayaqları da bir leopardın pəncələrindən ibarət pulcuqlu bir ilan.

Əjdaha sözünün yunanca qarşılığı olan Drakon da əvvəllər hər növ böyük ilan mənasında işlədilirdi.

Türk mifologiyasında da əjdahaya bənzər varlıq var. Yerin altındakı mağarada yaşayır və oradakı xəzinəni qoruyur. Adı da Evreendir. Qulağa Evrən kimi dəyir, düzdürmü? Etimoloji olaraq da eyni mənaya gəlir. Türk mifologiyasında dünyanın bir əjdaha tərəfindən döndürüldüyü, yəni evrildiyi qəbul edilir. Evreen adı Evirən sözündən qaynaqlanır. Yəni kainat bir əjdahadır. Bu varlıqlar da eynilə kainat kimi tez-tez evrilir, böyüyüb genişlənir.

 

Dilimizə uyğunlaşdıran: Eminquey