Yeni tədris ilində 2,2 milyondan çox şagird və tələbə təhsil alacaq

Sentyabrın 15-də təxminən 2,2 milyon təhsilalan təhsilin müxtəlif pillələri üzrə yeni tədris ilinə başlayacaq.
Adalet.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Bildirilib ki, 2025-2026-cı tədris ilində respublikanın ümumi təhsil müəssisələrində ümumilikdə 1,6 milyon şagirdin təhsil alacağı gözlənilir. Onlardan təxminən 130 mindən çoxu birinci sinif, 160 mini IX sinif, 117 mini isə XI sinifdə təhsil alacaq.
Yeni tədris ilində məktəbəhazırlıq qruplarında isə 90 minə yaxın uşağın təhsilə cəlb olunacağı gözlənilir.
Bu tədris ilində məktəbəqədər təhsilin 226 min uşağı əhatə edəcəyi proqnozlaşdırılır.
Qeyd edilib ki, 2025-2026-cı tədris ilində ümumi təhsil müəssisələrinin II–XI siniflərində ilk dərs “Konstitusiya və Suverenlik İli” mövzusuna həsr olunacaq.
Məqsəd şagirdlərdə Azərbaycan Respublikasının Konstitusiyasına, dövlət suverenliyinə və ərazi bütövlüyünə hörmət hissinin gücləndirilməsi, Azərbaycan dövlətinin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda xalqımızın qət etdiyi tarixi yol haqqında şagirdlərin biliklərinin artırılmasıdır. Eyni zamanda, dövlət rəmzlərinə, azərbaycançılıq ideologiyasına və milli-mənəvi dəyərlərə sadiqliyin möhkəmləndirilməsi də əsas məqsədlər sırasındadır.
Digər Xəbərlər

Şagirdlər dərs vaxtı telefondan istifadə edə bilməyəcək

"Biologiya dərsliklərimiz beynəlxalq standartlara uyğun deyil" - Nazir

"Məktəbəqədər təhsilin əhatəsi 40 faizə yüksəlib" - Nazir

Sertifikasiya imtahanı müsahibəsinin günü AÇIQLANDI

"Bizdə təhsil eksperti anlayışı yoxdur" - Nazirdən sərt açıqlama - VİDEO

Valideynləri sinif təmirinə kimsə məcbur edə bilməz

Rektor Səadət Əliyeva ABŞ səfirliyinin rəsmi qəbulunda iştirak edib
