Sertifikasiya imtahanı müsahibəsinin günü AÇIQLANDI

Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinin keçiriləcəyi tarix və məkan barədə məlumatlar müəllimlərin şəxsi kabinetlərinə göndərilib.
Bu barədə Adalet.az-a Təhsil İnstitutunun İnsan resusları Mərkəzindən məlumat verilib.
Bildirilib ki, müəllimlər portal.edu.az platformasında yerləşən “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla müsahibə məlumatları ilə tanış ola bilərlər:
"Müsahibə mərhələsi barədə məlumatlar müəllimlərin şəxsi kabinetlərinə hissə-hissə göndərilir. Xatırladaq ki, test imtahanlarında keçid balını toplayan şəxslərin əməkhaqqına 10%, 51 bal və daha yüksək nəticə əldə etmiş şəxslərin əməkhaqqına isə 35% əlavə veriləcək. Əlavələr müsahibə mərhələsində uğur qazanan müəllimlərin əməkhaqqına tətbiq olunacaq".
Digər Xəbərlər

"Bizdə təhsil eksperti anlayışı yoxdur" - Nazirdən sərt açıqlama - VİDEO

Valideynləri sinif təmirinə kimsə məcbur edə bilməz

Rektor Səadət Əliyeva ABŞ səfirliyinin rəsmi qəbulunda iştirak edib

"Məktəblərdə "fond pulu" adı altında vəsait yığılması qanunsuzdur"

Nazirdən MİQ imtahanlarının ödənişli olmasına REAKSİYA

Müəllimlər üçün vahid məktəbli formaları olacaq? - AÇIQLAMA

28 məktəb direktoru işdən çıxarılıb
