11 Sentyabr 2025 20:00
171
DÜNYA

İsrail bununla islam dünyasına müharibə elan etdi - HƏMAS

İsrailin Dohada olan HƏMAS hərəkatının liderlərinə zərbə endirməsi bütün ərəb və islam dövlətlərinə müharibə elanıdır.

Adalet.az xəbər verir ki, bu fikri hərəkatın siyasi bürosunun üzvü Fövzi Bərhum deyib.

“İsrailin törətdiyi cinayət təkcə Qətərə hücum deyil, bütün ərəb və islam ölkələrinə açıq müharibə elanı, eləcə də bütün regionun sabitliyinə təhdiddir”, - deyə Barhum bildirib.

Qeyd edək ki, İsrail sentyabrın 9-da HƏMAS rəhbərliyinin yüksək rütbəli üzvlərini hədəf alaraq Dohanın yaşayış massivindəki binalara hücum edib.