11 Sentyabr 2025 17:36
87
DÜNYA

Gürcüstanda keçmiş müdafiə naziri həbs edildi

Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti keçmiş müdafiə naziri Xuanşer Burçuladzeni həbs edib.

Adalet.az xəbər verir ki, Burçuladze məhkəmənin qərarı əsasında vəzifə səlahiyyətlərindən sui-istifadə və qeyri-qanuni gəlirlərin leqallaşdırılması ittihamı ilə saxlanılıb.

Hazırda istintaqın davam etdiyi, əlavə detalların yaxın vaxtlarda ictimaiyyətə təqdim ediləcəyi bildirilib.