Ərdoğan: Bölgəmizin gələcəyində terrora yer yoxdur
Bölgədə sərhədlərin qan və gözyaşları ilə çəkilməsinə, "böl, parçala, idarə et" səhnəsinin təkrarlanmasına icazə verilməyəcək.
Adalet.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AK Parti) Təşkilat Akademiyasının bağlanış proqramında deyib.
Onun sözlərinə görə, illərdir AK Partinin büdrəməsini gözləyənlər olub, amma hər dəfə yorulan AK Parti deyil, onların özləri olub.
Ərdoğan vurğulayıb ki, Türkiyə 50 ilə yaxındır terror təhlükəsindən əziyyət çəksə də, bir il öncə həyata keçirilən tədbirlər nəticəsində "Terrorsuz Türkiyə" hədəfinə çatıb:
"Bunu hər kəs bilməlidir ki, illərdir Türkiyənin daxili və xarici siyasətini terrorla "dizayn" etməyə çalışanlar artıq cəhd etməsinlər. Biz buna icazə verməyəcəyik. Bölgəmizdə sərhədlərin qan və gözyaşları ilə çəkilməsinə, "böl, parçala, idarə et" səhnəsinin təkrarlanmasına icazə verməyəcəyik. Bölgəmizin gələcəyində terrora yer yoxdur, olmayacaq da. Türklər, kürdlər, ərəblər - əsrlərboyu necə birlikdə yaşayırıqsa, bundan sonra da qardaş kimi yaşamağa davam edəyik".
Digər Xəbərlər
24 Oktyabr 2026 18:00
Etiraza qalxan 135 nəfər saxlanıldı - Fransada
24 Oktyabr 2026 17:32
Ukrayna bir milyona film çəkməyi planlaşdırır
24 Oktyabr 2026 17:05
Bolqarıstan Olimpiya Komitəsinin vitse-prezidenti güllələndi
24 Oktyabr 2026 16:55
Kiyevdə partlayışlar olub
24 Oktyabr 2026 16:36
Fransadakı etirazlar turistləri qorxudur - KİV
24 Oktyabr 2026 15:54
Moskvada 200-dən çox uçuş təxirə salınıb və ya ləğv edilib
24 Oktyabr 2026 14:21
Rumıniya və Türkiyə Qara dənizdə təhlükəsizliyi ortaq prioritet adlandırıb
24 Oktyabr 2026 14:16


Bakı -°C

