EKSPERT: “Yalnz qanun çərçivəsində addım atmaq lazımdır”
Azərbaycanda taksi fəaliyyəti üçün icazə (“Buraxılış vəsiqəsi” və “Buraxılış kartı”) alan sürücülərin sayı 4000-i ötüb. Bu haqda Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib. Agentlikdən bildirilib ki, təlim keçən sürücülərin sayı 21 mini keçib. Ancaq statistik nəticələrə əsasən, taksi fəaliyyəti üçün icazə alan sürücülərin sayı çox azdır.
Günümüzdə aktual olan bu məsələ ilə bağlı Adalet.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov qeyd edib ki, buraxılış kartı üçün müraciət edən sürücülərin sayının az olmasının bir neçə səbəbi var:
“Vacib məsələlərdən biri də avtomobillərin buraxılış ili ilə bağlı olan qərardır. Yəni istismar ediləcək avtomobillərin buraxılış ilinin müəyyən qaydada tətbiq olunmasıdır. Əlbəttə bu da ciddi surətdə mövcud duruma təsir edir.
Əlində istismara əlverişli avtomobil olan sürücülər ilk növbədə qeydiyyatdan keçə bilirlər. Digərləri isə gözləmə mövqeyindədir. Bilirsiniz ki, 4000 nəfər olduqca azdır. Yəni ümumi taksi fəaliyyəti üçün müraciət edənlərin ən aşağı faiz dərəcəsidir. Gələcəkdə isə qaydalarda hər hansı yumşalma olarsa, qabaqlayıcı və dəstəkləyici tədbirlər görülərsə, o zaman fəaliyyət üçün say etibarı ilə çoxalmalar ola bilər. Ancaq hazırkı vəziyyətdə yalnz qanun çərçivəsində addım atmaq lazımdır. Digər hallar baş verərsə, müvafiq qaydalara uyğun cərimə olunma ehtimalı ola bilər”.
Əntiqə Kərimzadə
Digər Xəbərlər
18 Sentyabr 2026 15:15
"Taksi 20-30 manat olub, metro bağlı, insanlar uçaraq getsin?"
18 Sentyabr 2026 15:13
Ermənistan hakimiyyəti və revanşist ritorika
18 Sentyabr 2026 13:21
Həftəsonu hava dəyişəcək: Leysan yağacaq, dolu düşəcək - Proqnoz
18 Sentyabr 2026 12:57
"Mədəni irsin qorunması istiqamətində sistemli siyasət həyata keçirilir" - Nazir
18 Sentyabr 2026 10:27
DTX 5 ölkədə antiterror tədbirləri həyata keçirdi: 10 nəfər saxlanıldı - VİDEO
17 Sentyabr 2026 22:05
Prezidentlə xanımının Şamaxıdan səmimi görüntüləri - VİDEO
17 Sentyabr 2026 19:47
Prezidentlə xanımı hotel açılışında - VİDEO
17 Sentyabr 2026 19:20


Bakı -°C

