"Taksi 20-30 manat olub, metro bağlı, insanlar uçaraq getsin?"
“Adi günlərdə 3-4 manata gedilən yol 20 manata qalxır”.
Adalet.az xəbər verir ki, bu sözləri aparıcı Aytən Səfərova “Xəbər ertəsi” proqramında deyib. Verilişdə son günlər taksi qiymətlərində müşahidə olunan artım, sürücülərin aşağı məbləğli sifarişlərdə sərnişini gözlətməsi və daha sonra sifarişdən imtina etməsi məsələləri müzakirə olunub.
Aparıcı Mehman Rəsulov isə bu günlərdə taksi sifariş edərkən hər zaman 4 manata getdiyi yol üçün ondan dəfələrlə çox məbləğ tələb olunduğunu bildirib:
“Pik saatda tələsirdim. Düşündüm ki, taksi ilə tez çataram. Tətbiqə girdim, qiymətə inanmadım. Necə 4 manatlıq yol 25 manat ola bilər? Yol da tıxacdır. Taksilərin sayını azaltdılar. Düşünmədilər ki, biz metroda təmirə başlayacağıq, 11 ay metroda təmir gedəcək? Cəmi iki nəqliyyat vasitəsi var: avtobus və metro. Digər böyük şəhərlərdə tramvay xətti və başqa nəqliyyat vasitələri olur. Taksi sayı azaldı, metro xətti də bağlandı. İnsanlar qanad açıb uçmalıdır? Başqa yolumuz yoxdur”.
Qeyd edək ki, son günlər sosial şəbəkələrdə də taksi xidmətləri ilə bağlı şikayətlərin artdığı görünür. Sərnişinlər bəzi sürücülərin sifarişi qəbul etdikdən sonra dəqiqələrlə gözlətdiyini, daha sonra isə “gəlmirəm” deyərək sifarişdən imtina etdiyini yazırlar.
Bəzi hallarda isə sürücülərin zəng edərək tətbiqdə 3-4 manat göstərilən yola 20-25 manat qarşılığında getməyi təklif etdiyi iddia olunur.
Digər Xəbərlər
18 Sentyabr 2026 15:13
Ermənistan hakimiyyəti və revanşist ritorika
18 Sentyabr 2026 13:21
Həftəsonu hava dəyişəcək: Leysan yağacaq, dolu düşəcək - Proqnoz
18 Sentyabr 2026 12:57
"Mədəni irsin qorunması istiqamətində sistemli siyasət həyata keçirilir" - Nazir
18 Sentyabr 2026 10:27
DTX 5 ölkədə antiterror tədbirləri həyata keçirdi: 10 nəfər saxlanıldı - VİDEO
17 Sentyabr 2026 22:05
Prezidentlə xanımının Şamaxıdan səmimi görüntüləri - VİDEO
17 Sentyabr 2026 19:47
Prezidentlə xanımı hotel açılışında - VİDEO
17 Sentyabr 2026 19:20
Prezidentlə xanımı Pir Ömər Sultan ziyarətgahında - FOTOLAR + YENİLƏNİB
17 Sentyabr 2026 17:17


Bakı -°C

