Elçin Əmirbəyov "İsveç Radiosu"na Qərbi Azərbaycandan danışdı

"İsveç Radiosu"nun müxbiri Johanna Melen Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı poskast hazırlayıb.
Adalet.az xəbər verir ki, "danışıqlara baxmayaraq, bir çoxları Ermənistanla Azərbaycan arasında sülhə şübhə edirlər" başlıqlı podkastda Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun fikirlərinə də yer verilib.
Elçin Əmirbəyov qeyd edib ki, erməni tərəfi sülhün bərqərar olması üçün yaranmış imkandan faydalanmalıdır. Diplomat həmçinin Qərbi Azərbaycandan da bəhs edərkən bildirib ki, Azərbaycan bu ifadəni dedikdə Ermənistan torpaqlarını nəzərdə tutmur, azərbaycanlıların yaşadığı tarixi Azərbaycan torpaqlarından bəhs edir.
Prezidentin xüsusi nüməyəndəsi Azərbaycan və Ermənistan arasında normallaşma prosesindən bəhs edib, iki ölkə arasında sülh müqaviləsinin imzalanması üçün Azərbaycana qarşı ərazi iddialarının əks olunduğu Ermənistan Konstitusiyasına dəyişiklik edilməsinin vacibliyini önə çəkib.
E.Əmirbəyov hazırkı durumda Emənistanın əsl niyyəti ilə bağlı ciddi sualların qaldığını, Azərbaycanda bu ölkəyə qarşı inamsızlığın əsaslı olduğunu qeyd edib.
O, habelə sülh prosesi kontekstində Ermənistandan qovulmuş çox sayda azərbaycanlının hüquqları məsələsini də qabardıb.
Digər Xəbərlər

Türkiyə səfiri: Xankəndidə həm sosial, həm də təhsil həyatı öz axarına qayıdıb

"Azərbaycan-Gürcüstan münasibətləri çoxşaxəli əməkdaşlığı təşviq edir" - Deputat

"Sülhün bərqərar edilməsində həm Gürcüstan, həm Azərbaycan öz töhfəsini verir" - Deputat

İlham Əliyev Çavuşoğluya başsağlığı verdi

Xarici dipıomatlar Qarabağ Universitetində - YENİLƏNİB

“Azərbaycan-Gürcüstan əməkdaşlıq əlaqələri daim genişlənir” - Kamaləddin Qafarov

Hikmət Hacıyev: Şəffaf və açıq məhkəmə araşdırmaları nəticəsində ədalət yerini tapacaq
