"Sülhün bərqərar edilməsində həm Gürcüstan, həm Azərbaycan öz töhfəsini verir" - Deputat
"Aprelin 16-da Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin Azərbaycana səfəri çərçivəsində keçirilmiş görüşlər və səsləndirilən bəyanatlar iki ölkə arasında mövcud olan yaxın münasibətlərin bariz nümunəsinə çevrilib. Bu səfər qarşılıqlı etimada əsaslanan strateji tərəfdaşlığın möhkəmləndirilməsi və gələcək əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi baxımından böyük əhəmiyyət daşıyır".
Bunu mətbuata açıqlamasında Milli Məclisin deputatı Bədəl Bədəlov deyib.
Parlamentari bildirib ki, Azərbaycan və Gürcüstan arasında əməkdaşlığın ən mühüm istiqamətlərindən biri enerji və nəqliyyat sahələrində birgə layihələrin reallaşdırılmasıdır.
"Bakı-Tbilisi-Ceyhan neft kəməri və Cənub Qaz Dəhlizi layihələri Avrasiyanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Prezident İlham Əliyevin bəyanatda vurğuladığı kimi, bu layihələr Avropa İttifaqı üçün strateji əhəmiyyət kəsb edir və Azərbaycanın təbii qaz ixrac etdiyi 12 ölkədən biri olan Gürcüstan bu prosesin mühüm iştirakçısıdır.
Bakı-Tbilisi-Qars dəmir yolu və liman infrastrukturunun inkişafı Orta Dəhliz çərçivəsində regionun nəqliyyat-logistika xəritəsini yenidən formalaşdırır. Bu marşrut Şərq və Qərb arasında qısa, təhlükəsiz və səmərəli alternativ olaraq beynəlxalq yükdaşımaların həcmini artırmaqda xüsusi əhəmiyyətə malikdir. Cənubi Qafqazda tranzit imkanlarının artırılması və bu dəhlizlərin rəqabət qabiliyyətinin yüksəldilməsi hər iki ölkənin prioritetlərində əks olunub.
Azərbaycan və Gürcüstanın regional sabitliyin təmin olunmasında ortaq mövqeyi təqdirəlayiqdir. İki ölkənin sülhün təşviqində birgə səyləri sabit və proqnozlaşdırıla bilən mühitin formalaşmasına xidmət edir. Prezident İlham Əliyev bəyanatında bildirib ki, Cənubi Qafqazda sülhün, əmin-amanlığın bərqərar edilməsi də bizim birgə maraqlarımızda olan məsələdir və burada həm Gürcüstan, həm Azərbaycan öz töhfəsini verir.
Azərbaycan və Gürcüstan arasında parlamentlərarası dostluq qrupları, XİN-lərarası siyasi məsləhətləşmələr, iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiya iki ölkə münasibətlərinin çoxşaxəli istiqamətlərini və sabit inkişafını təmin edən mexanizmlər sırasındadır. Dövlətlər arasında imzalanmış 119 sənəd müxtəlif sahələrdə tərəfdaşlığın hüquqi çərçivəsini təmin edir. Hər iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində bir-birinin mövqeyini dəstəkləməklə, ortaq maraqların qorunmasında ardıcıl və prinsipial siyasət yürüdür.
Nəticə etibarilə, Gürcüstan Prezidentinin bu səfəri iki dost və strateji tərəfdaş ölkə arasında etimada, qarşılıqlı maraqlara və ortaq məqsədlərə əsaslanan münasibətlərin daha da dərinləşməsinə təkan verir. Regional sabitlik, iqtisadi inteqrasiya və davamlı əməkdaşlığın gücləndirilməsinə yönəlmiş bu kimi yüksək səviyyəli səfərlər regional sülhün və inkişafın təşviqinə xidmət edən əhəmiyyətli addımlar kimi dəyərləndirilir".
Digər Xəbərlər
13 Dekabr 2025 18:40
"Zəngəzur dəhlizi eyni anda bir neçə strateji marşrutu birləşdirir" - Elçin Əmirbəyov
13 Dekabr 2025 10:00
Əliyevin liderliyi ilə çox vacib addımlar atılır - Türkiyə XİN
12 Dekabr 2025 15:09
Azərbaycan və Türkiyə qarşılıqlı hərbi təhlükəsizliyi möhkəmləndirəcək
12 Dekabr 2025 15:07
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlandı
12 Dekabr 2025 14:39
MSK yenidən formalaşdırılacaq? - Məzahir Pənahovdan açıqlama
12 Dekabr 2025 12:35
Türkiyə Milli Müdafiə Nazirliyi Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi
12 Dekabr 2025 11:23
Əli Əsədov: Türkmənistanın neytrallıq siyasətini yüksək qiymətləndiririk
12 Dekabr 2025 10:28


Bakı -°C

