Elçin Əmirbəyov İsveçrə tərəfini mina problemi barədə məlumatlandırıb
Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov İsveçrəyə işgüzar səfəri çərçivəsində bu ölkənin xarici işlər üzrə dövlət katibi Aleksandr Fasel, eləcə də Milli Şuranın Xarici Əlaqələr Komitəsinin sədri Loran Verli və onun müavini Sibel Arslan ilə görüşlər keçirib.
Adalet.az xəbər verir ki, görüşlər zamanı Azərbaycanla İsveçrə arasında ikitərəfli münasibətlərin mövcud vəziyyəti və perspektivləri ətraflı müzakirə olunub.
Tərəflər siyasi, iqtisadi və humanitar sahələrdə praktiki əməkdaşlığın daha da dərinləşdirilməsi, həmçinin parlamentlərarası əlaqələrin canlandırılması istiqamətində ciddi iradə və qarşılıqlı maraqlarını ifadə ediblər.
E.Əmirbəyov həmçinin Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesinin hazırkı vəziyyəti və perspektivləri, bölgədə dayanıqlı sülhün və inkişafın təmin olunması məqsədilə Azərbaycan tərəfindən atılan konkret addımlar barədə qarşı tərəfi məlumatlandırıb. Bu kontekstdə regionda nəqliyyat kommunikasiyalarının bərpasının və Cənubi Qafqazın tranzit potensialının artırılmasının, xüsusilə də beynəlxalq sülh və rifah naminə "Tramp Marşrutu"nu da özündə birləşdirən Zəngəzur dəhlizinin işə salınmasının strateji əhəmiyyəti izah olunub.
Prezidentin nümayəndəsi, eyni zamanda, səfər çərçivəsində ölkənin siyasi və iqtisadi elitasının nüfuzlu təmsilçilərini bir araya gətirən nüfuzlu platforma - Bern Siyasi Klubunun təşkil etdiyi tədbirdə çıxış edərək Cənubi Qafqazda gedən geosiyasi proseslər və Azərbaycan ilə Ermənistan arasında sülh prosesi haqqında təqdimatla çıxış edib və iştirakçıların suallarını cavablandırıb.
Elçin Əmirbəyov keçirilmiş görüşlər zamanı İsveçrə tərəfini Ermənistanın işğalı dövründə Azərbaycanın mədəni irs abidələrinin dağıdılması və ölkədə genişmiqyaslı mina problemi barədə ətraflı məlumatlandırıb, bu mövzularla bağlı nəşrləri təqdim edib.
Digər Xəbərlər
04 Dekabr 2025 12:31
“Rusiya-Ukrayna cəbhəsində vəziyyət tamamilə dəyişəcək”
04 Dekabr 2025 12:21
İlham Əliyev: Azərbaycanla Böyük Britaniya arasında müdafiə sənayesi sahəsində əməkdaşlıqla bağlı yeni səhifə açılıb
04 Dekabr 2025 12:10
İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib - FOTOLAR
04 Dekabr 2025 12:00
“ABŞ və Rusiya Avropanı prosesdən uzaq tutmağa çalışır...” - Politoloq
04 Dekabr 2025 09:22
Ceyhun Bayramov və Hakan Fidan arasında Vyanada görüş olub - FOTOLAR
03 Dekabr 2025 19:51
Azərbaycan və Özbəkistan FHN-ləri arasında birgə fəaliyyət planı imzalandı - VİDEO
03 Dekabr 2025 19:06
İraqın rabitə naziri ikitərəfli sazişləri müzakirə etmək üçün Azərbaycana gəlib
03 Dekabr 2025 17:39


Bakı -°C

