Elçin Əmirbəyov Tobias Privitelli ilə görüşüb - FOTO
Isveçrə Konfederasiyasına işçi səfəri çərçivəsində Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Cenevrə şəhərində burada yerləşən Cenevrə Beynəlxalq Humanitar Minatəmizləmə Mərkəzinin (GICHD) direktoru səfir Tobias Privitelli ilə görüş keçirib.
Adalet.az xəbər verir ki, söhbət əsnasında bu beynəlxalq qurumun Azərbaycanda minatəmizləmə sahəsində uzun müddətli və etibarlı tərəfdaş olduğu vurğulanıb. Ölkəmizdə mina və partlamamış sursatlar probleminin miqaysı və onun aradan qaldırılması istlqamətində Azərbaycan dövləti tərəfindən son zamanlar həyata keçirilən fəaliyyəti barədə həmsöhbətə ətraflı məlumat verən Elçin Əmirbəyov ölkəmizin Cenevrədəki mərkəzi ilə uğurla həyata keçirilən əməkdaşlığın daha da genişləndirilməsinə açıq olduğunu qeyd edib.
Tərəflər 2025-ci il 7 iyul tarixində Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi və GICHD arasında imzalanmış “Azərbaycan Respublikasında Humanitar Minatəmizləmə Fəaliyyətinə Dəstəyin Təmin Edilməsinə dair” Anlaşma Memorandumunun gələcək əməkdaşlıq üçün əhəmiyyəti və mümkün icra mexanizmlərinin, o cümlədən ANAMA-nın Göygöl Təlim Mərkəzində GICHD ilə birgə təlimlərin keçirilməsi imkanlarını və digər praktiki əməkdaşlıq imkanları müzakirə ediblər.
Tobias Privitelli Azərbaycandakı minalanma problemini həll etmək üçün Azərbaycan tərəfinin göstərdiyi ciddi və məqsədyönlü səyləri yüksək qiymətləndirib və onun rəhbərlik etdiyi mərkəzin Azərbaycanda Minatəmizləmə Milli Agentliyi ilə praktiki əməkdaşlığı daha da dərinləşdirməyə hazır olduğunu bildirib. Bu kontekstdə o, gələn həftə Azərbaycana planlaşdırılmış səfərinin əhəmiyyətini vurğulayaraq, səfər zamanı Azərbaycanlı həmkarları ilə qarşılıqlı əməkdaşlığın konkret istiqamətlərini müzakirə etməyi planlaşdırdığını qeyd edib.
Elçin Əmirbəyov Tobias Privitellinin Azərbaycana səfərinin ikitərəfli əməkdaşlığın daha da gücləndirilməsi baxımından əhəmiyyətini vurğulayaraq, səfər çərçivəsində işğaldan azad edilmiş ərazilərdə minalarla çirklənmə və həyata keçirilən minatəmizləmə əməliyyatları ilə yerində tanış olmaq məqsədilə həmin ərazilərə baş çəkməsini tövsiyyə edib.
Digər Xəbərlər
05 Dekabr 2025 16:00
Mirziyoyev Şahbazovla enerji sahəsində birgə layihələri müzakirə edib
05 Dekabr 2025 15:40
Elçin Əmirbəyov Cenevrədə sülh prosesi barədə məlumat verib
05 Dekabr 2025 15:04
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlandı
05 Dekabr 2025 13:57
Hikmət Hacıyev NATO-nun Cənubi Qafqazdakı Ofisinin rəhbəri ilə görüşdü
05 Dekabr 2025 12:40
İlham Əliyev Tailand kralını milli bayram münasibətilə təbrik edib
05 Dekabr 2025 12:20
Əli Əsədov TDT-nin əmək və sosial müdafiə nazirləri ilə görüşüb
05 Dekabr 2025 12:17
“Azərbaycan dövlətinin milli maraqlarına qarşı yönəlmiş bu fəaliyyətlər...”
05 Dekabr 2025 11:32


Bakı -°C

