Eldar Əzizov müşavirə keçirib, tapşırıqlar verdi

Avqustun 26-da Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) paytaxtın təsərrüfat xidmətləri rəhbərlərinin iştirakı ilə payız-qış mövsümünə hazırlıqla bağlı geniş müşavirə keçirilib.
Adalet.az xəbər verir ki, bu barədə BŞİH-in mətbuat xidməti məlumat yayıb.
Müşavirədə çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov qeyd edib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində şəhərin maddi-texniki bazası güclənib, paytaxt yeni inkişaf mərhələsinə qədəm qoyub.
Onun sözlərinə görə, bu gün strukturlar öz funksional vəzifələrindən asıllı olmayaraq vahid organizm kimi çalışmalıdırlar. Mövcud imkanlar daha səmərəli və əlaqəli fəaliyyət göstərməyə şərait yaradır və qarşıdan gələn mövsümə hazırlıq işləri də bu yanaşma ilə icra olunmalıdır.
İclasda paytaxtda aparılan abadlıq-quruculuq, kommunal xidmətlər, yaşıllaşdırma işlərinin mövcud vəziyyəti müzakirə olunub və bu işlərin sürətləndirilməsi tapşırılıb.
Sonda müşavirə iştirakçılarına mövcud çatışmazlıqların aradan qaldırılması, payız-qış mövsümünə hazırlıq, abadlıq-quruculuq və təmizlik işlərinin yüksək keyfiyyətlə həyata keçirilməsi ilə bağlı tapşırıqlar verilib.
Digər Xəbərlər

Rövşən Rzayev vətəndaşları qəbul etdi - FOTOLAR

Hərbçilərimiz Türkiyəyə getdi

Mehriban Əliyeva ailə üzvləri ilə BİR ARDA

Xocavənd və Ağdərədəki yanğının söndürülməsinə helikopter cəlb edildi - VİDEO

Milli Məclis Mehriban Əliyevanı təbrik etdi

Trampın “İlham, sən böyük lidersən” mesajına ermənilərin REAKSİYASI
jpg-1756197383.jpg)
Kəngərli sülaləsinin son generalı:Talesiz Cəmşid xan Naxçıvanski
