Trampın “İlham, sən böyük lidersən” mesajına ermənilərin REAKSİYASI
Bildiyiniz kimi, ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevə “İlham, sən böyük lidersən” yazısı və imzası ilə fotoşəkillər göndərib.
Prezident İlham Əliyev də X sosial şəbəkəsindəki paylaşıma edərək Trampa təşəkkür edib: "Prezident Donald Trampa şəxsi imzası ilə mənə hədiyyə etdiyi tarixi fotoşəkillərə və üzərində yazdığı xoş sözlərə görə təşəkkür edirəm".
Prezident Donald Trampın Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılmasına, habelə Cənubi Qafqazda və dünyada sülh gündəliyinə verdiyi qətiyyətli dəstəyini yüksək qiymətləndirir və buna görə ona bir daha dərin minnətdarlığımı bildirirəm".
Maraqlıdır ki, sosial şəbəkələrin erməni seqmentindəki Ermənistan baş naziri N. Paşinyanın əleyhdarları olan istifadəçilər bu xəbəri Paşinyana söyə-söyə paylaşıblar.
Məsələn, Karen Karapetyan adlı istifadəçi bu sözləri yazıb:" Tramp bizim siçovula heç nə deməyib?"
Susanna Qrezqiyan isə xəbəri paylaşan adminə etiraz edib: "Bu yalan məlumatdır.Sən də bir zibilsən ki, Əliyevi tərifləyirsən!
Doğru olsa belə, gülməlidir. Əlbətdə Əliyev onlar üçün güclü görünəcək!Bəs siz arsız , utanmazlar bu yalanı niyə çap etmisiniz?"
Maraqlıdır ki, Azərbaycan dövlətinə və xalqına təhqirlər yağdıran ermənilər Ermənistan Baş naziri Nikol Paşinyanın avqustun 23-də Konstitusiya dəyişiklikləri zamanı Müstəqillik Bəyannaməsinə istinadın Konstitusiyadan çıxarılacağını bir daha təsdiqləməsini də məhz Azərbaycan dövlətinin günahı - tələbi olduğunu bildiriblər.
Nazırda məlumatı bütün erməni mediası paylaşmaqdadır.
Əntiqə Rəşid
Digər Xəbərlər
11 Yanvar 2026 14:31
Müdafiə Nazirliyi MƏLUMAT YAYDI - VİDEO
10 Yanvar 2026 17:03
"Qaçqınkom"dan "Qobu Park"dakı binalar barədə iddialara MÜNASİBƏT
10 Yanvar 2026 15:00
FHN əhaliyə müraciət etdi
10 Yanvar 2026 13:09
Azərbaycanda fotoqraf buna görə 3 gün mağarada qaldı - VİDEO
09 Yanvar 2026 21:23
Nəsimi rayonuna rəhbərlik bu xanıma tapşırıldı
09 Yanvar 2026 17:55
Publik hüquqi şəxslərə ödənişlə bağlı müqavilə forması dəyişib
09 Yanvar 2026 16:35
Valideyn himayəsindən məhrum olmuş uşaq vahid anlayışından istifadə olunacaq
09 Yanvar 2026 16:10


Bakı -°C

