Qara Qarayevin yeni işi bəlli oldu
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının məşqçilər heyətində yeni təyinatlar həyata keçirilib.
Adalet.az xəbər verir ki, qərara əsasən, Rəşad Hüseynov U-21-in məşqçisi, Qara Qarayev isə analitik vəzifəsinə təyin olunub.
AFFA rəhbərliyi yeni təyinatların 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin inkişafına, gənc oyunçuların hazırlıq prosesinin daha səmərəli təşkilinə və beynəlxalq oyunlara daha sistemli şəkildə hazırlanmalarına töhfə verəcəyinə ümid edir.
Qeyd edək ki, 25 yaşından məşqçilik fəaliyyəti ilə məşğul olan Rəşad Hüseynov müxtəlif illərdə “Rəvan”, “Zirə”, “Sabah” və “Neftçi” klublarında çalışıb. 36 yaşlı mütəxəssis “Sabah”da əsas komandanın baş məşqçisinin köməkçisi vəzifəsini də yerinə yetirib.
Azərbaycan futbolunun tanınmış simalarından olan Qara Qarayevin isə peşəkar karyerasının böyük hissəsi “Qarabağ”la bağlı olub. Milli komandamızın 33 yaşlı sabiq yarımmüdafiəçisi daha sonra “Neftçi” və “Araz-Naxçıvan”da çıxış edib.
Digər Xəbərlər
15 Fevral 2026 14:02
"Fənərbaxça" tarixinin rekorduna imza atdı
15 Fevral 2026 13:23
"Real" bu göstəricidə "Barselona"nı geridə qoydu
15 Fevral 2026 13:18
Osimhen Almaniya nəhənginin hədəfində
15 Fevral 2026 08:41
Ronaldo qol vurdu, komandası qalib gəldi
14 Fevral 2026 18:05
Qurbanov “Neftçi” ilə matçın təxirə salınmasından danışdı - “İntriqa belə böyüyür”
14 Fevral 2026 17:47
Qurban Qurbanovdan sərt açıqlamalar - “Nyukasl”la matça hazır ola bilməyəcəyik”
14 Fevral 2026 16:53
"Qarabağ" Musa Qurbanlının qolu ilə qalib gəldi
14 Fevral 2026 14:57


Bakı -°C

