Azərbaycanda fotoqraf buna görə 3 gün mağarada qaldı - VİDEO
Zəngəzur Milli Parkında Azərbaycanın "Qırmızı kitab"ına daxil edilən saqqallı kərkəsin (quzugötürən) nadir görüntüləri qeydə alınıb.
Adalet.az xəbər verir ki, sıldırım qayalıq ərazilərdə yaşayan bu canlını fotoqraf Saleh Baxşıyev videolentə alıb. O, saqqallı kərkəsin videosunu çəkə bilmək üçün üç gün Zəngəzur Milli Parkındakı mağarada gecələdiyini bildirib.
Qeyd edək ki, uzunluğu 95-125 santimetr arasında dəyişən quşun qanadları açılan zaman 3 metrə qədər çata bilir. Çəkisi isə 4,5-7,5 kiloqram arasında dəyişir. Sıldırım qayalarda yuva qurur, yumurtlama dövrü qışın əvvəlində olur. Özünəməxsusluğuna görə Azərbaycanın ən qiymətli yırtıcı quşlarından biri sayılır, ovlanması qadağandır. Zaqatala və İlisu Dövlət Təbiət Qoruqlarında, Şahdağ, Zəngəzur və Göygöl Milli parklarında nəzarət altında saxlanılır.
Sözügedən görüntüləri təqdim edirik:
Digər Xəbərlər
04 Mart 2026 10:45
Azərbaycanda 31 aptekdə nöqsan aşkarlandı
04 Mart 2026 10:33
İrandan Azərbaycana ümumilikdə 1161 nəfər təxliyə edilib
03 Mart 2026 17:08
Leyla Əliyeva: Əgər Xəzər çətin vəziyyətdədirsə, demək ki, dünya ekosistemi təhlükə altındadır
03 Mart 2026 15:06
"2028-ci ildə "Şahdəniz"in yeni mərhələsi üzrə hasilatın başlanmasını gözləyirik" - Prezident
03 Mart 2026 15:01
Vilayət Eyvazov bu tarixdə vətəndəş qəbulu və sıra baxışı keçirəcək
03 Mart 2026 14:21
Kamran Əliyev Rusiyanın Baş prokurorunun müavinini qəbul etdi
03 Mart 2026 13:35
İrandan Azərbaycan sərhədi ilə 89 nəfər təxliyə olunub
03 Mart 2026 12:32


Bakı -°C

