adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
14 Fevral 2024 13:34
4042
MARAQLI

"Elə bildi narkomanam, çənəm əyilir" - Aparıcının taksidə başına gələnlər

Aparıcının taksidə başına gələnlər gülüş doğurub.

Adalet.az xəbər verir ki, aparıcı, idman şərhçisi Ceyhun Rzayev başına gələn maraqlı bir hadisədən danışıb.

"Bir dəfə yaşadığım evdən işə taksi sifariş etmişdim. 15 dəqiqəlik yoldur. Maşında çənə məşqi etməyə başladım. Televiziya adamları çənə məşqinin nə olduğunu bilirlər. Çənə məşqini ona görə edirik ki, danışanda ağzımız tam açılsın, sözləri səlis tələffüz edək. Taksi sürücüsü 5 dəqiqə sonra məni maşından düşürüb dedi ki, "qaqaş, təcili işim çıxdı, pul lazım deyil, səni apara bilməyəcəm". Elə bildi narkomanam, çənəm əyilir".

 

Emin