Elə şüvən salırlar ki, sanki Şvıdkoy gəlib Aşot Bekoru da müdafiə edəcək

Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə nümayəndəsi Mixail Şvıdkoy Xankəndi şəhərində erməni əsilli tanınmışrus rəssam İvan Azvazovskinin büstünün sökülməsinə kəskin reaksiya verəndən sonra ermənilər Xankəndidə icazəsiz ucaldılan abidələrin sökülməsi məsələsini daha da qabardırlar.
Adalet.az xəbər verir ki, Qarabağ canilərindən biri -Aşot Qulyanın abidəsi 2024-cü ilin fevralında Xankəndi şəhərində sökülüb. Bakıda anadan olan, “Bekor” ləqəbi ilə tanınan həmin şəxs 1992-ci ildə Xocalı, Hadrut, Əsgəran, Şuşa və bir sıra digər istiqamətlərdə döyüşlərdə iştirak edərək günahsız insanların ölümünə səbəb olub. Qulyanın heykəli Xankəndidə ermənilərin Bekor adı verdiyi parkda quraşdırılmışdı.
Daha dəqiq, Qarabağ Universitetinin həyətində!
Qarabağın müxtəlif ərazilərində işğal vaxtı ucaldılan separatçı və terrorçulara məxsus müxtəlif tipli barelyef, abidə kompleks, monumental abidə , büst və heykəllər torpaqlarımız azad olunduqdan sonra sökülməsi Azərbaycan dövlətinin halal haqqıdır.
Deyilənə görə, işğalçı Aşot Qulyan müharibədə çoxlu yaralar aldığı üçün ona Bekor (Qəlpə) ləqəbi verilib. Bekor Aşot öz batalyonu ilə birlikdə Şuşanın işğalında yaxından iştirak edib və ordumuz tərəfindən 1992-ci ildə 24 avqust Ağdərə rayon Ballıqaya kəndində gəbərdilib.
Erməni mediası xəcalət çəkmək, səhv hərəkət etdiyi üçün Qarabağda qan tökdüyü üçün öz xalqı adından üzr istəmək əvəzinə hələ Bekorun abidəsinin nahaq yerə söküldüyünü iddia edir. "Hraparak" yazır:
"Avqustun 24-də, Artsax qəhrəmanı Aşot Qulyanın (Bekor) anım günündə daha bir mədəni cinayət baş verdi: Stepanakertin mərkəzində onun abidəsi dağıdıldı. Məşhur erməni heykəltəraş Yuri Samvelyanın yaratdığı Aşot Qulyanın abidəsi 1996-cı ildə onun dəfn olunduğu yerdə, eyniadlı parkda qoyulub".
Yenə şüvən salaraq, Azərbaycan Dövlətinə qarşı havadarlar axtarışındadırlar . Görəsən Mixail Şvıdkoy Bekor Aşotla bağlı da kəskin fikir söyləməyəcək?
Əntiqə Rəşid
Digər Xəbərlər

İsrail və HƏMAS bu tarixdə saziş imzalayacaqlar

"Tramp marşrutu" vasitəsilə MDB ölkələri ilə kommunikasiyalar quracağıq

Rusiyada həbsdə olan azərbaycanlı sərbəst buraxıldı

Şahin Şıxlinskinin apellyasiya şikayəti rədd edildi

Ərdoğan: Türkiyə Qəzzadakı razılaşmanın icrasına nəzarət edəcək işçi qrupunda yer alacaq

Tramp Nobel Sülh Mükafatına layiqdir - Rusiya

Deputatın oğlu Rusiya-Ukrayna müharibəsində öldü
