Elektron sənəd qəbulunun müddəti uzadıldı
Direktorların işə qəbulu müsabiqəsinə elektron sənəd qəbulunun müddəti uzadılıb.
Bu barədə Adalet.az-a MÜTDA-dan məlumat verilib
Bildirilib ki, 18 avqust 2026-cı il saat 11:00-dan etibarən direktor vəzifəsi vakant olan dövlət ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu üzrə elektron sənəd qəbulu mərhələsinə başlanılıb. Namizədlər 24 avqust 2026-cı il saat 11:00-dək miq.edu.az/direktor linki vasitəsilə elektron qeydiyyatdan keçə bilərlər.Seçim mərhələsində namizədlərin təqdim etdikləri məlumat və sənədlərin düzgünlüyü yoxlanılacaq. Bu mərhələni uğurla başa vuran namizədlər müsahibə mərhələsində iştirak etmək hüququ qazanacaqlar.
Qeyd edilib ki, müsabiqənin nəticələri namizədlərin şəxsi səhifələrində yerləşdiriləcək. Müsabiqədə uğur qazanan namizədlərlə əmək münasibətləri qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq rəsmiləşdiriləcək.
Digər Xəbərlər
21 Avqust 2026 13:42
Sosial yardımların veriləcəyi tarix məlum oldu
21 Avqust 2026 13:30
DİN zabit heyəti vəzifələrinə xidmətə qəbulla bağlı müsabiqə elan edib - FOTO
21 Avqust 2026 12:22
FHN xüsusi qayğıya ehtiyacı olan şəxslərlə bağlı seminar keçirdi
21 Avqust 2026 11:06


Bakı -°C

