Elektron siqaret istifadəsi bu xəstəliyə səbəb olur

Veyp istifadə edən yeniyetmələr arasında son dövrlərdə “Popkorn" xəstəliyinin yayılması ciddi narahatlıq yaradır. Veypin insan sağlamlığı üçün bir digər təhlükəsi isə tərkibindəki "diasetil" adlı kimyəvi maddə səbəbindən yaranan popkorn xəstəliyidir.
Adalet.az xəbər verir ki, bu xəstəlik veyp istifadə edən yeniyetmələr arasında tənəffüs sistemi ilə bağlı sağlamlıq problemlərinə yol açır. Xəstəliyin adı isə çox maraqlıdır – "popkorn". Bəs niyə popkorn? Çünki bu xəstəliyin təsiri ilə ağciyərlərdən gələn səs popkorn xırıltısını xatırladır.
Diasetil maddəsi qida sənayesində aromatizator kimi istifadə edilir və təhlükəsiz sayılır. Lakin veyp mayelərinə əlavə olunaraq inhalyasiya edildikdə, yəni nəfəsə çəkildikdə tənəffüs yollarına ciddi zərər vurur.
Popkorn xəstəliyi özünü əvvəlcə adi bir respirator infeksiya kimi göstərir. Quru öskürək, nəfəs darlığı, döş qəfəsində ağrılar, halsızlıq və bəzən yüksək temperatur ilə müşahidə olunur. Lakin zamanla vəziyyət pisləşir, ağciyərlərdə geriyə dönməz dəyişikliklər baş verir.
Unutmayaq ki, 39 ölkə veyp istifadəsini tamamilə qadağan edib, 82 ölkə isə yalnız ciddi tənzimləmələr əsasında satışına icazə verir.
Əgər sağlamlığınızı qorumaq istəyirsinizsə, veypdən imtina etmək ən düzgün addım olacaq. Unutmayın ki, sağlamlığınız ən qiymətli sərvətinizdir!
Digər Xəbərlər

"Yeni pandemiya başlaya bilər" - ÜST

Estetik əməliyyat zamanı canlı yayım açan cərrahla bağlı araşdırma başladı

Ötən ay 5 nəfər zəhərlənərək ölüb

Bayram günlərində 52 mindən çox müraciət olub

Bayram günlərində zəhərlənənlərin sayı açıqlandı

Ramazan bayramından sonra qidalanma necə olmalıdır? - Tövsiyələr

Alimlər ölümcül ağciyər xəstəliyinin səbəbini aşkarlayıblar
