Elektron siqaretlərin mülki dövriyyəsi qadağan edilib
Elektron siqaretlər və onların komponentləri mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısına daxil edilir.
Adalet.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” qanuna təklif olunan dəyişiklikdə əksini tapıb.
Qeyd edək ki, Vergi Məcəlləsində, “Tütün və tütün məmulatı haqqında”, “Reklam haqqında” və “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 30 dekabr tarixli 338-VIIQD nömrəli qanuna əsasən elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı və istifadəsi qadağan edilib. Beləliklə, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” qanunda da müvafiq uyğunlaşdırıcı dəyişiklik edilir.
Qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.
Digər Xəbərlər
14 Iyul 2026 12:36
Bu marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
14 Iyul 2026 12:09
Qumar oyununda təkrar iştirak edənlər inzibati həbs olunacaq
14 Iyul 2026 11:59
Azərbaycanda bu şəxslər 1500 manatadək cərimələnəcək
14 Iyul 2026 11:48
Balıq məhsullarının satışı ilə bağlı yeni qaydalar müəyyən edildi
14 Iyul 2026 11:17
“Artıq televizora baxmağa camaatda hövsələ də qalmayıb...”
14 Iyul 2026 11:17
“Dünyanın müxtəlif ölkələrindən jurnalistlərin Şuşaya gəlməsi...”
14 Iyul 2026 11:04
Hikmət Hacıyev Şuşada Türkiyə nümayəndə heyəti ilə görüşdü
14 Iyul 2026 10:41


Bakı -°C

