Əli Əsədov Əfqanıstanın Baş nazirinin müavini ilə görüşdü - FOTO

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyulun 2-də Əfqanıstanın Baş nazirinin müavini Əbdül Qani Baradarla görüşüb.
Nazirlər Kabinetindən Adalet.az-a bildiriblər ki, görüşdə Xankəndi şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci Zirvə görüşünün əhəmiyyətinə toxunulub.
Ölkəmizin 1992-ci ildə İƏT-ə qoşulduğu gündən regionda əməkdaşlığın inkişafına xidmət edən müxtəlif təşəbbüslərdə fəal iştirak etdiyi bildirilib. Qeyd edilib ki, Azərbaycanın müəllifi olduğu və iştirak etdiyi iqtisadi, enerji və nəqliyyat layihələri bütün İƏT ölkələri üçün faydalıdır.
Görüş zamanı Azərbaycan ilə Əfqanıstan arasında iqtisadi, ticarət, tranzit və humanitar sahələrdə əməkdaşlıq imkanları müzakirə olunub.
Eyni zamanda Azərbaycan-Özbəkistan-Əfqanıstan üçtərəfli əməkdaşlıq formatı çərçivəsində qarşılıqlı maraq doğuran məsələlər nəzərdən keçirilib.
Digər Xəbərlər

Prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB

Xüsusi icra məmurlarının fəaliyyətinin təşkili qaydaları müəyyənləşir

Əli Əsədov Ersin Tatar ilə əməkdaşlıq məsələlərini müzakirə edib

İlham Əliyev Özbəkistana təşəkkür etdi

Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirildi - YENİLƏNİB

İlham Əliyev: Azərbaycan və Özbəkistan qonşu ölkələrlə nəqliyyat siyasətinin koordinasiyası üzrə razılığa gəlib

Azərbaycan Prezidenti Özbəkistana investisiyaları prioritet adlandırıb
