Yekaterinburqda həbs olunan azərbaycanlıların sayı 8-ə çatdı -YENİLƏNİB

Yekaterinburqun Leninski Rayon Məhkəməsi bir neçə gün əvvəl Rusiya təhlükəsizlik qüvvələrinin keçirdiyi reyd zamanı saxlanılan Əziz Abasovun barəsində həbs qətimkan tədbiri seçib.
Adalet.az xəbər verir ki, bu barədə məhkəmənin mətbuat xidməti məlumat yayıb.
“Yekaterinburq şəhərinin Leninski Rayon Məhkəməsi müstəntiqin vəsatətinə baxaraq, şübhəli şəxs Abasov Əziz Azai oğlu barəsində 2025-ci il iyulun 19-u daxil olmaqla, barəsində həbs-qətimkan tədbiri seçilib”, - məlumatda deyilir.
Bununla da Yekaterinburqda həbs edilən azərbaycanlıların ümumi sayı 8 nəfərə çatıb.
***
Yekaterinburq şəhərinin Leninski Rayon Məhkəməsi xüsusi amansızlıqla saxlanılan Kamal Səfərov barəsində qərar çıxarıb.
Adalet.az xəbər verir ki, bu barədə məhkəmənin mətbuat xidməti məlumat yayıb.
Rəsmi məlumatda deyilir ki, məhkəmə istintaqın vəsatətini təmin edib və Kamal Səfərov (Kamal Qədimalı oğlu Səfərov) barəsində həbs-qətimkan tədbiri seçilib.
Həbs 2025-ci il iyulun 19-u daxil olmaqla davam edəcək.
Bununla da, Yekaterinburqda həbs olunan azərbaycanlıların sayı yeddiyə çatıb.
Digər Xəbərlər

Təkcə Şahin Şıxlinskini saxlamağa bu qədər adam gəlibmiş - VİDEO

Roma Papası noyabrda Türkiyəyə səfər etməyi planlaşdırır

Roma Papası Əminə Ərdoğanı qəbul edib

Tokayev Azərbaycana təşəkkür etdi

"Ziyəddinin qabırğası müayinə üçün götürülüb" - Rusiyadan absurd açıqlama

Peterburqda azərbaycanlı iş adamının evinə basqın - VİDEO

"Rusiya heç vaxt Azərbaycanı təhdid etməyib" - Peskov
