Roma Papası Əminə Ərdoğanı qəbul edib

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan Vatikanda katoliklərin ruhani lideri və Vatikanın dövlət başçısı, Roma Papası 14-cü Leo ilə görüşüb.
Adalet.az xəbər verir ki, məlumatı “TRT Haber” yayıb.
Bildirilib ki, görüşdə Qəzzadakı vəziyyət, iqlim dəyişikliyinə qarşı mübarizə səyləri, islamofobiya və irqçiliyə qarşı mübarizə, habelə ailənin cəmiyyətdəki varlığının əhəmiyyəti məsələləri müzakirə edilib.
Məlumata görə, Əminə Ərdoğan Fələstini rəsmən tanıyan ölkələrin sayının artmasının vacibliyini bildirib. Türkiyə Prezidentinin xanımı görüşdə həmin bölgədə yaşayan, kilsələri və icmaları daim təhdid altında olan xristianların da artıq rahatlıq tapmasının vacibliyini Roma Papasına çatdırıb.
Əminə Ərdoğan özünün də şəxsən prioritet verdiyi iqlim dəyişikliyi mövzusunda Türkiyədə başlatdıqları “Sıfır tullantı” hərəkatı haqqında Roma Papasına məlumat verib.
O, İslam düşmənliyi, irqçilik və dözümsüzlüyün narahatedici dərəcədə artdığına da diqqət çəkərək bu meyillərin təkcə yönəldikləri hədəf qrup baxımından deyil, cəmiyyətin bütün təbəqələri üçün təhlükə yaratdığını vurğulayıb.
Roma Papası 14-cü Leon Vatikanın da Fələstində iki dövlətli həlli və sülhü dəstəklədiyini bildirib.
Digər Xəbərlər

Yekaterinburqda həbs olunan azərbaycanlıların sayı 8-ə çatdı - YENİLƏNİB

Təkcə Şahin Şıxlinskini saxlamağa bu qədər adam gəlibmiş - VİDEO

Roma Papası noyabrda Türkiyəyə səfər etməyi planlaşdırır

Tokayev Azərbaycana təşəkkür etdi

"Ziyəddinin qabırğası müayinə üçün götürülüb" - Rusiyadan absurd açıqlama

Peterburqda azərbaycanlı iş adamının evinə basqın - VİDEO

"Rusiya heç vaxt Azərbaycanı təhdid etməyib" - Peskov
