adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
23 Mart 2024 10:31
932
SİYASƏT

Əli Əsədov Mişustinə başsağlığı verib

Azərbaycanın Baş naziri Əli Əsədov rusiyalı həmkarı Mixail Mişustinə ötən gecə “Krokus siti holl”da törədilən terror aktı ilə bağlı başsağlığı verib.

Nazirlər Kabinetindən Adalet.az-a verilən məlumata görə Ə.Əsədov baş verən hadisə nəticəsində çoxlu sayda ölən və yaralanın olması xəbərindən kədərləndiyini bildirib.

Ə.Əsədov həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib, yaralananların tezliklə sağalmasını arzulayıb.