Əli Kərimlinin həbs müddəti UZADILDI
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi çərçivəsində həbs edilən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.
Adalet.az xəbər verir ki, Səbail Rayon Məhkəməsində DTX-nin müstəntiqlərinin vəsatəti əsasında Ə.Kərimli barəsində seçilmiş həbs qətimkan müddətinin uzadılması ilə bağlı təqdimata baxılıb.
Məhkəmə təqdimatı təmin edib və təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirini daha 4 ay müddətinə uzadıb.
Qeyd edək ki, Ə.Kərimli Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaqa cəlb olunub.
Ona Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi üzrə ittiham verilib.
Digər Xəbərlər
07 Aprel 2026 11:07
Ali Məhkəmə Plenumunun növbəti iclası keçirildi
06 Aprel 2026 11:46
Kamran Əliyev Nizami rayonunda vətəndaşları qəbul edəcək
31 Mart 2026 13:55
"Daşkəsəndə zorakılıq iddiası üzrə istintaq davam edir" - Baş Prokurorluq
17 Mart 2026 15:39


Bakı -°C

